Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Fevral 2012 - №5

 

Ötən il təhsil müəssisələrinə 2 min ədəd kompüter dəsti verilib

 

Təhsil Nazirliyindən aldığımız məlumata görə, ötən il "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində müxtəlif istiqamətlər üzrə fəaliyyət həyata keçirilmişdir. Belə ki, təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi istiqaməti üzrə ötən il respublikanın təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan şəhər və rayon təhsil şöbələrinə 2 min ədəd stolüstü kompüter dəsti, 500 noutbuk, 500 proyektor və s. informasiya-kommunikasiya texnologiyaları avadanlığı verilmişdir. Həmçinin respublika üzrə şəhər və rayon təhsil müəssisələri, o cümlədən məktəblər ADSL və simsiz genişzolaqlı İnternetə qoşulma üçün zəruri avadanlıqlarla təmin  olunmuşdur. 

Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin inkişafı ilə əlaqədar yaradılmış distant tədris mərkəzi, eləcə də mərkəzdəki müəllim və şagirdlər  üçün kompüter dəstləri və zəruri şəbəkə avadanlığı təqdim olunmuşdur. Bundan əlavə "Elektron təlimləndirən sistemlər" layihəsi çərçivəsində müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün təhsil portalının hazırlanması işlərinə başlanmışdır.

Ötən il texniki dəstək xidmətlərinin göstərilməsi istiqamətində də işlər davam etdirilmişdir. 146 nömrəli "qaynar xətt" xidmətində il ərzində 3000-dən çox zəng qəbul edilmiş və müvafiq texniki dəstək xidmətləri göstərilmişdir. Beləliklə, 2009-cu ildən indiyədək qəbul olunmuş zənglərin sayı 7000-ə çatmışdır.

Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi prosesi də həyata keçirilmişdir. Respublika üzrə şəhər və rayonlarda 32000 kompüterə texniki xidmət göstərilmişdir. Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan təhsil müəssisələrinin sayı 2011-ci ilin sonuna qədər 1200-ə çatdırılmışdır.

Görülmüş işlərin bir istiqaməti də Məlumat və Resurs Mərkəzində "Elektron sənəd dövriyyəsi"nin dəstəklənməsi və məsləhət xidmətlərinin göstərilməsidir.

Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqaməti çərçivəsində ötən il Milli Təhsil Portalına əlavə funksiyalar tətbiq edilmiş, müəllimlərin elektron işə qəbulu proqramı hazırlanmış, təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının İnternet saytı (www.ict.edu.az) istifadəyə verilmişdir.

Müasir texnologiyalar əsasında qurulan interaktiv "Məktəb xəritəsi" proqramı artıq Bakı şəhərində fəaliyyətə başlamış və şəhərdə yerləşən təhsil müəssisələri burada öz əksini tapmışdır. Xəritədə Bakı şəhərində yerləşən təhsil müəssisələri, məktəblərarası məsafə, təhsil müəssisələrinin təsvirləri, məktəb barədə informasiya və sair kimi məlumatları əldə etmək mümkündür.

Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması və kadr potensialının gücləndirilməsi istiqamətləri üzrə də ciddi addımlar atılmışdır. Belə ki, il ərzində Təhsilin İdarəolunması Məlumat Sistemlərinin (TİMS) bazası və Milli Təhsil Məlumat (MTM) bazası arasında məlumat mübadiləsi təmin olunmaqla yanaşı, əlavə funksionallar da tətbiq edilmişdir. Təhsil müəssisələrinə verilən kompüter avadanlığında 32 min Microsoft Windows XP Pro və Office XP Pro lisenziyalarının, antivirusların və digər istifadədə olan antivirusların lisenziyalarının müddəti uzadılmışdır.

Təhsil sistemi üzrə 3,7 min nəfər inzibati-idarəetmə heyəti, 21,3 min nəfər pedaqoji heyət və 355 nəfər texniki heyət İKT savadlılığın artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə iştirak etmişdir. "Elektron məktəb" pilot layihəsində iştirak edən məktəblərin 250 müəllimi üçün əlavə olaraq daha genişformatlı təlimlər keçirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərin 300 nəfər pedaqoji heyəti üçün "1 şagird-1 kompüter" layihəsi, 300 nəfər üçün "Həmkara dəstək" layihəsi, 350 nəfər pedaqoji heyəti üçün isə "Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması" layihəsi üzrə treninqlər təşkil edilmişdir.  

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov