"Azərikimya" İstehsalat Birliyi icraçı direktorunun
kadr, rejim və informasiya texnologiyaları üzrə müavini
Xaliq Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti
Qafqaz Universitetində mühəndislik fakültəsinin
professor-müəllim heyəti ilə görüşüb. Görüşdə "Azərikimya"
İstehsalat Birliyi - Qafqaz Universiteti ikitərəfli və "Azərikimya"
İstehsalat Birliyi - Qafqaz Universiteti - Petkim
Petrokimya Holdinq A.Ş. üçtərəfli əməkdaşlıq
müqavilələrində qeyd olunan maddələrə əsasən həyata
keçiriləcək bəzi fəaliyyətlər, o cümlədən birgə
əməkdaşlıq əsasında "Azərikimya" İstehsalat Birliyinin
veb səhifəsinin formalaşdırılması və inkişaf
etdirilməsində Qafqaz Universitetində fəaliyyət göstərən
İKT Tədqiqatlar Mərkəzinin timsalında tələbələrin rolu,
"Kimyaçı" tələbə klubunun formalaşdırılması, üçtərəfli
əməkdaşlıq müqaviləsi əsasında Qafqaz Universitetində
kimya mühəndisliyi və sənayenin təşkili və idarə
olunması ixtisasları üzrə təhsil alan bir qrup qabaqcıl
tələbənin qış tətili müddətində "Petkim"ə 10 günlük
istehsalat təcrübəsinə göndərilməsi məsələləri müzakirə
olunub.
Görüşdən sonra qonaqlar Qafqaz Universitetində fəaliyyət
göstərən İKT Tədqiqatlar Mərkəzi ilə tanış olublar.
Y.ƏLİYEV |