Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Yanbar 2012 - №04

 

Görkəmli rəssamın yubileyi qeyd edildi

 

Görkəmli rəssam, istedadlı fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 120 illiyi tamam olur. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tanınmış rəssamın yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır.

Həmin sərəncama müvafiq olaraq Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda institutun humanitar və təsviri incəsənət kafedrasının baş müəllimi, sənətşünas Nizami Alıyev, pedaqogika üzrə fəlsəfə doktoru Mahir Xəlilov, təbiət və incəsənət fakültəsinin dekan müavini Turə Dünyamalıyeva çıxış etmişlər. Bildirilmişdir ki, parlaq istedada, yaradıcılıq qabiliyyətinə malik olan Bəhruz Kəngərli Azərbaycan realist rəssamlığının əsasını qoyan təsviri incəsənət tariximizdə adı qızıl hərflərlə həkk olunan istedad sahiblərindəndir. O, 1892-ci ilin yanvar ayında Naxçıvanda dünyaya göz açıb. İlk təhsilini doğma şəhərdə, sonra isə Tiflisdə xüsusi rəssamlıq məktəbində alıb. B.Kəngərli rus boyakarlıq məktəbinin ənənələrindən bəhrələnsə də, əsərlərini tamamilə milli ruhda yaratmışdır. İncəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, mənzərə və portretin müstəqil janr kimi formalaşması da məhz onun adı ilə bağlıdır. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Naxçıvan gözəlliklərinin və tarixi abidələrinin təsviri ilə bağlı rəssamın bir sıra əsərləri var. "İlanlı dağ", "Ay işığında", "Günəş batarkən", "Ağrı dağı", "Köhnə qala", "Əliabad kəndində darvaza", "Yamxana kəndinə gedən yol", "Möminə Xatın", "Nuhun qəbri" və digər əsərləri bənzərsiz sənət nümunələrindəndir.

Konfransda vurğulanmışdır ki,  7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olan Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır. O, realist fəaliyyəti, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən saysız portret, natürmort  müəllifidir. O, rənglərin ahəngindən, cizgilərin formalarından məharətlə istifadə edərək son dərəcə bənzərsiz əsərlər yaratmışdır. Bir qərinəlik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli hər zaman müasirimiz olaraq bizimlə gələcəyə addımlayır. Onun rənglər dünyası özünün sirli-sehrli pərdəsini saxlamaqdadır.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır. 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov