Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Yanbar 2012 - №04

 

Rayonun ümumtəhsil məktəblərində çalışan psixoloqların seminarı

 

İmişli RTŞ-dan aldığımız məlumatda bildirilir ki, bu günlərdə rayonun ümumtəhsil məktəblərində işləyən praktik psixoloqların seminarı keçirilib. Seminarda ümumtəhsil məktəblərində psixoloji xidmət işinin təşkili, psixoloji maarifləndirmə, istedadlı uşaqlarla həyata keçirilən tədbirlərin spesifik xüsusiyyətləri ilə bağlı məsələlər müzakirə edilib.

İmişli RTŞ-ın müdir müavini Vahid Tağıyev təhsil müəssisələrində təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində məktəb praktik psixoloqlarının rolu, cəmiyyətin, o cümlədən təhsilin hazırkı inkişaf mərhələsində psixoloji xidmətin zərurət və tələbata çevrilməsi barədə seminar iştirakçılarına ətraflı məlumat verib.

Uşaqların I sinfə qəbulu, psixodiaqnostik müşahidə, sinifdən-sinfə keçid zamanı şagirdlərdə baş verən dəyişikliklər, mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarına hazırlıq işində psixoloqların görməli olduğu tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Seminarda qabaqcıl iş təcrübəsi öyrənilərək rayonda yayılmış Bəhrəmtəpə qəsəbə tam orta məktəbinin psixoloqu Hafizə Həmzəyeva işlədiyi məktəbdə fəaliyyəti zamanı tətbiq etdiyi yeniliklər barədə söhbət açıb, diaqnostik, korreksiya, maarifləndirici testləri, dərsin psixoloji təhlili nümunələrini tədbir iştirakçılarına sənədlər vasitəsilə nümayiş etdirib.

Müzakirə zamanı məktəb psixoloqlarından Valeh Əliyev, Umudvar Eyvazov, Razi Şərifov, Şəhla Abbasova, Ağa Abdullayev, İradə Mehdiyeva, Vəfa Abdullayeva və başqaları psixoloji xidmət kabinetinin, dərs cədvəlinin tərtibi və dinlənilmiş dərsin psixoloji təhlili, istedadlı şagirdlərlə iş, çətin tərbiyə olunan uşaqlarla korreksiya, məktəb-valideyn əlaqələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, məktəbdə psixoloji xidmətin yüksək səviyyədə təşkili məktəb rəhbəri, müəllim, sinif rəhbəri, şagirdlər, valideynlər, təhsil şöbəsi, QHT-lər və məktəbəqədər tərbiyə müəssisələri ilə qarşılıqlı əlaqələrin düzgün qurulmasından asılıdır.

Seminarda pedaqoji mətbuatda dərc olunmuş məqalə və yazıların psixoloqlara böyük köməyi olduğu qeyd olunmaqla, belə tədbirlərin mütəmadi keçirilməsinin səmərəliliyi yekdil fikir kimi səslənib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov