Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Yanbar 2012 - №04

 

Doktorantların  və gənc tədqiqatçıların XVI Respublika elmi konfransının yekunları barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 aprel 2011-ci il tarixli, 552 nömrəli əmrinə əsasən 21-22 dekabr tarixlərində Azərbaycan Müəllimlər İnstitutunun bazasında Təhsil Nazirliyinin təşkilatçılığı ilə Doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransı keçirilmişdir.

Konfransın işinə ümumi rəhbərlik Azərbaycan Respublikası təhsil nazirinin sədrlik etdiyi Təşkilat Komitəsi, ayrı-ayrı fənlər üzrə bölmə iclaslarının aparılması isə görkəmli alimlər tərəfindən həyata keçirilmişdir.

Doktorantlar və gənc tədqiqatçılar tərəfindən aparılan elmi araşdırmaların nəticələrinin müzakirə edilməsi və nəşri məqsədilə Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər arasında doktorantların və gənc tədqiqatçıların elmi konfransının xüsusi yeri vardır. Bunu nəzərə alaraq, Təhsil Nazirliyi doktorant və tədqiqatçıların elmi konfransını müntəzəm olaraq keçirir. Konfransın materialları Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlərin siyahısına daxil edilmişdir. Bunu nəzərə alaraq konfransa təqdim olunan tezislərə tələblər ciddiləşdirilmiş, tezislərin həcmi 1 vərəqdən 3 vərəqə qədər artırılmış, mətnin sonunda istifadə edilən ədəbiyyat  siyahısının və iki dildə yazılmış xülasənin verilməsi zəruri sayılmışdır.

 Doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransının Təşkilat Komitəsinə 19 dövlət ali təhsil müəssisəsindən və AMEA-nın institutlarından 297 məruzə tezisi təqdim olunmuş və həmin məruzələrin adları konfransın proqramına daxil edilmişdir.

Proqrama uyğun olaraq konfransın 19 bölməsində 243 məruzə dinlənilmiş və müzakirə edilmişdir. Təşkilat Komitəsinin qərarına əsasən konfransda dinlənilmiş və bölmə sədrləri tərəfindən nəşrə layiq görülmüş məruzə tezislərinin konfransın materiallarına daxil edilməsi və nəşri nəzərdə tutulmuşdur. Konfransda məruzə ilə çıxış etmiş tədqiqatçılara Təhsil Nazirliyinin sertifikatları verilmişdir.

Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi tərəfindən konfransın keçirilməsi üçün müvafiq şərait yaradılmış, konfransın proqramı çap edilmiş, lazımi tədbirlər operativ şəkildə həyata keçirilmişdir.

Qeyd olunanları nəzərə alaraq 

ƏMR EDİRƏM: 

1. Təhsil Nazirliyinin  təşkilatçılığı ilə doktorantlar və gənc tədqiqatçılar üçün keçirilən respublika elmi konfranslarının ali təhsil müəssisəsində gənc alimlərin hazırlanmasına müsbət təsiri qeyd edilsin.

2. Doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransının  Azərbaycan Müəllimlər İnstitutunda keçirilməsi üçün əlverişli şərait yaradıldığına görə həmin institutun rektoru, professor Aqiyə Naxçıvanlıya təşəkkür elan edilsin.

3. Konfransın materiallarının nəşri Azərbaycan Müəllimlər İnstitutunun rektoruna (A.Naxçıvanlı) tapşırılsın.

4. Təhsil Nazirliyinin Elm şöbəsi (G.Hüseynova):

4.1. Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının keçirilməsi barədə təkliflər hazırlayıb 2012-ci il  5 fevral  tarixinə qədər nazirliyin rəhbərliyinə təqdim etsin;

4.2. Əmrin "Təhsil xəbərləri" məlumat-informasiya məcmuəsində dərc edilməsini təmin etsin.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"  qəzetində dərc edilməsini və nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

6. Əmrin çoxaldılıb yerlərə çatdırılması Ümumi şöbəyə (X.Fərəcov) tapşırılsın.

7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
23 yanvar 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov