Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Yanbar 2012 - №04

 

Dövlət vəsaiti ilə oxuyacaq tələbələrin sayı və ixtisasları müəyyənləşdirilib

 

Azərbaycan hökuməti qarşıdakı illər üçün ali məktəblərdə dövlət sifarişi ilə oxuyacaq tələbələrin və magistrantların sayını müəyyənləşdirmişdir. Nazirlər Kabinetindən AzərTAc-a bildirmişlər ki, NK-nın 336s saylı qərarı ilə "Növbəti 2012/2013-cü və sonrakı 2013/2014-cü-2015/2016-cı tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə tələbə qəbulunun Proqnozu" təsdiq edilmişdir. Bu proqnozlar İqtisadi İnkişaf Nazirliyinin təklifi nəzərə alınaraq hazırlanmışdır.

Proqnozlara görə, qarşıdakı 4 tədris ilinin hər birində ali məktəblərdə dövlət sifarişi ilə təhsil alacaq tələbələrin sayı 10-11 min arasında dəyişir. Belə ki, 2012/2013-cü ildə 10900 tələbə, 2013/2014-cü ildə 11070 tələbə, 2014/2015-ci ildə 11232, 2015/2016-cı ildə 11398 tələbənin dövlət sifarişi əsasında oxuması nəzərdə tutulmuşdur.

2012/2013-cü tədris ili üçün dövlət sifarişi ilə ən çox tələbə texniki və texnoloji ixtisaslar qrupu (2962 tələbə), təhsil ixtisaslar qrupu (2769 nəfər) və iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu üzrə (1643 tələbə) planlaşdırılmışdır.

Müəllim ixtisasları üzrə ən çox sifariş xarici dil (416 yer), Azərbaycan dili və ədəbiyyatı (325 yer), ibtidai sinif (264 yer) və riyaziyyat müəllimliyi (200 yer) nəzərdə tutulmuşdur.

Növbəti tədris ili üzrə ən çox sifariş bədən tərbiyəsi və idman (376 yer), iqtisadiyyat (290), menecment (233), informasiya texnologiyaları və sistemləri mühəndisliyi (215 yer), sənayenin təşkili və idarə olunması (198 yer), müalicə işi (198 yer), biznesin idarə edilməsi (190 yer), kompüter elmləri (162 yer) ixtisasları üzrədir.

Qarşıdakı 4 tədris ilində ali məktəblərdə dövlət sifarişi ilə təhsil alacaq magistrantların sayı 2,5 min olacaqdır. 2012/2013-cü ildə 2448, 2013/2014-cü ildə 2495 tələbə, 2014/2015-ci ildə 2546, 2015/2016-cı ildə 2551 magistrantın dövlət sifarişi əsasında oxuması nəzərdə tutulmuşdur. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov