| 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan 
						Respublikasının Dövlət Gömrük Komitəsi üçün yüksək 
						ixtisaslı kadrların hazırlanmasını, əməkdaşların 
						ixtisaslarının artırılmasını və gömrük işi sahəsində 
						elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə 
						  
						
						
						QƏRARA ALIRAM:  
						
						
						1. 
						Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tədris 
						Mərkəzinin bazasında xüsusi təyinatlı ali təhsil 
						müəssisəsi - Azərbaycan Respublikası Dövlət Gömrük 
						Komitəsinin Akademiyası təsis edilsin. 
						
						
						2. 
						Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
						
						2.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 
						Akademiyasının təsis edilməsi ilə əlaqədar Azərbaycan 
						Respublikası Prezidentinin aktlarında dəyişikliklər 
						edilməsi barədə təkliflərini üç ay müddətində hazırlasın 
						və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
						
						2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll 
						etsin. 
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 24 yanvar 2012-ci il
 |