Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Yanvar 2012 - №03

 

Qəhrəmanlıq və məğrurluq günü

 

Naxçıvan Özəl Universitetində 20 Yanvar faciəsinə həsr olunmuş "Qəhrəmanlıq və məğrurluq günü" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq bildirmişdir ki, o qanlı hadisələri törədənləri bu gün tarix də, xalqımız da nifrətlə xatırlayır. Həmin gün müasir silahlarla silahlanmış ordu əliyalın, günahı olmayan insanların üzərinə amansız hücuma keçdi. Sözsüz ki, Sovet imperiyasının bu qanlı aksiyanı törətməkdə məqsədi xalqımızın mübarizə əzmini qırıb,  onun müstəqillik arzusunu  içində boğmaqla 70 ildən bəri əsarət altında çırpınan başqa xalqlara ibrət dərsi vermək idi.  Amma imperiya  bu qanlı aksiyanı törətməklə öz çirkin  məqsədinə  çata bilmədi.  Həmin gün Azərbaycanın azadlıq arzusu  gülləyə tutuldu, lakin müstəqillik eşqi ilə  alışıb-yanan xalqın mətin iradəsini  sarsıda bilmədi. Xalqın qəzəbindən qorxuya düşən o vaxtkı ölkə rəhbərləri Moskvaya qaçıb bu qanlı aksiyanı törədənlərin qoltuğunda özünə sığınacaq tapdı. Bu isə namərdliyin, xalqa xəyanətin ən yüksək dərəcəsi idi. Vurğulandı ki, Azərbaycanın  səsinin heç yerdən eşidilmədiyi o dövrdə öz xalqının səsinə səs verən yenə də xalqımızın ümummilli lideri Heydər Əliyev oldu.   Qanlı Yanvar faciəsindən ötən müddət ərzində şəhidlər heç bir zaman unudulmayıb, onların azadlıq, müstəqillik uğrunda tökülən qanları hədər getməyib. Ölkə rəhbərinin daim diqqət və qayğısı ilə  torpaqlarımız uğrunda,vətənin müstəqilliyi, azadlığı yolunda  şəhid olanların xatirəsi hər zaman əziz tutulur. 20 Yanvar faciəsi nə qədər acı və dəhşətli olsa da, eyni zamanda yurdumuzun şərəfli qəhrəmanlıq səhifəsidir.

Konfransda qeyd edildi ki, bu gün müstəqil Azərbaycan inkişaf edir, yüksəlir. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz dünya dövlətləri arasında xüsusi nüfuz qazanaraq daha böyük nailiyyətlər əldə edir. 

Sonda filologiya elmləri üzrə fəlsəfə doktoru Rafiq Babayev, tarix elmləri üzrə fəlsəfə doktoru Elçin Zamanov, tərbiyə işləri üzrə prorektor Əli Yusifov və başqaları mövzu ilə bağlı çıxış etmişlər. 

Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov