Naxçıvan
Dövlət Universitetində 20 Yanvar faciəsinin iyirmi
ikinci ildönümünə həsr olunmuş incəsənət fakültəsinin
tələbələrinin rəsmlərindən ibarət sərgi keçirildi.
Tədbirdə çıxış edən ali məktəbin rektoru, akademik İsa
Həbibbəyli sərginin müstəqil dövlətçiliyin inkişafına və
möhkəmlənməsinə töhfə olduğunu bildirdi. Rektor
sərgilənən əsərləri təhlil edərək burada hüzn motivləri
ilə yanaşı işıq, gələcəyə inam motivlərinin də olduğunu
qeyd etdi. Bunu müasir gəncliyin milli vətənpərvərlik
ruhunun, Azərbaycanın işıqlı sabahına inam hissinin
yüksək olmasının təzahürü kimi qiymətləndirdi.
İncəsənət fakültəsinin tyutoru Şəmsiyyə Zalova
sərgiləyən əsərlərin çox çeşidliliyindən, üslub
müxtəlifliyindən danışdı, gənc rəssamlara uğurlar
dilədi.
Sonra sərgiyə ümumi baxış oldu.
Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |