"Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 24
noyabr 2011-ci il tarixli, 1859 nömrəli Sərəncamının
icrasını təmin etmək məqsədi ilə
ƏMR EDİRƏM:
1. Ziya Musa oğlu Bünyadovun 90 illik yubileyinin
keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Tədbirlər planı təsdiq edilsin (əlavə
olunur).
2. Ali təhsil müəssisələrinin rektorlarına Tədbirlər
planının icrasının təmin edilməsi və görülmüş işlər
haqqında məlumatın 2012-ci il 10 iyun tarixinədək
Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın.
3. Təhsil Nazirliyinin Elm şöbəsi (G.Hüseynova) əmrdən
irəli gələn məsələləri həll etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
5. Əmrin icrasına nəzarətı öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
16 yanvar 2012-ci il |