Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 

"Açıq dərs"də interaktiv təlim metodlarından istifadə olundu

 

Bakının Xətai rayonundakı 257 nömrəli tam orta məktəbdə İKT biliklərinin artırılması məqsədi ilə həyat bilgisi fənnindən  "Müstəqil respublikamız" adlı "açıq dərs" keçirildi. Əvvəlcə tədbir iştirakçıları şagirdlərin  "açıq dərs"ə həsr olunmuş  əl işlərindən ibarət sərgi ilə tanış oldular.

Sonra qonaqlar III "y" sinfində Svetlana Məmmədovanın "açıq dərs"ində iştirak etdilər. Dərs prosesində əqli hücum, müqayisə, diskussiya və s. üsullardan məharətlə istifadə olundu. Dərsin bütün mərhələlərində  müxtəlif mövzuları əhatə edən şəkillər, dialoqlar, cümlələr üçüncülərə elektron lövhədə göstərildi. Əvvəlcə şagirdlər beş qrupa - "Qəhrəmanlıq", "Mübariz", "Mətin", "İgidlik", "Hünər" qruplarına  bölündü.  Sonra təhlil olunacaq mövzu haqqında ümumi anlayış yaradıldı. Müstəqil respublikamızın tarixi haqqında geniş məlumat verildi. Müəllim Azərbaycanı müstəqil ölkə kimi dünyaya tanıtdıran ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışdı. Hər qrupun şagirdlərinə müstəqilliyimizin tarixi, dövlətçiliyimiz haqqında müxtəlif suallar verildi. Üçüncülər sualları çətinlik çəkmədən cavablandırdılar. Sonra krossvord şəklində sözlər şagirdlərə təqdim olundu. Hər qrupun lideri  verilən tapşırığın yerinə yetirilməsi haqqında məlumat verdi.

"Müstəqil respublikamız" mövzusunda film şagirdlərə nümayiş  etdirildi. Şagirdlər müstəqilliyimizə və ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər.  Müəllim şagirdlərdən ibarət münsiflər heyətinin birgə razılığı  ilə qrupları qiymətləndirdi.

Müzakirələrdə "açıq dərs" qonaqlar tərəfindən yüksək qiymətləndirildi.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov