Kürdəmir RTŞ-dan aldığımız məlumatda bildirilir ki, bu
günlərdə rayonun bütün ümumtəhsil məktəblərində dərs
deyən 373 ibtidai sinif müəllimi ilə elmi-metodiki
seminar keçirilib. Seminar metodik kabinetin direkoru
Seyidhüseyn Qasımov və şəhər 3 nömrəli tam orta məktəbin
direktoru, "Müəllimlərin peşəkarlıq səviyyəsinin
təkmilləşdirilməsi" layihəsi üzrə təlimçi Əli Ağayev
tərəfindən həyata keçirilib. Elmi-metodiki seminarda
müəllimlərə fəal təlimin qurulması mərhələləri və yeni
qiymətləndirmə sistemi haqqında hazırlanmış
prezentasiyalar təqdim olunub, onların çoxsaylı sualları
cavablandırılıb.
Tədbirdə kurikulumların tətbiqi üzrə sertifikat almış
şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Saray
Səlimova, şəhər 4 nömrəli tam orta məktəbin müəllimi
Xavər Baloğlanova, Beyi kənd tam orta məktəbin müəllimi
Səməd Bədəlov öz qabaqcıl təcrübələrini müəllimlərlə
bölüşüblər.
Eyni zamanda seminarda İKT-nin tətbiqi ilə fəal dərsin
qurulması qaydaları, şagirdlərin müxtəlif meyarlara
əsasən formativ qiymətləndirilməsi normativləri, böyük
və kiçik summativ qiymətləndirilmə qaydaları, eləcə də
yarımillik və illik qiymətlərin hesablanması qaydası
geniş izah və müzakirə edilib.
Sonda bir qrup qabaqcıl müəllimlərin i
ştirakı ilə şəhər 3 nömrəli tam orta məktəbin birinci
sinfində- müəllim Dilşad Mehdiyevanın və üçüncü sinifdə-
müəllim Rahidə Abdullayevanın İKT-nin tətbiqi ilə
hazırlanmış, fəal təlimə əsaslanan "açıq dərs"lərə baxış
keçirilib.
Ədalət DAŞDƏMİRLİ |