Naxçıvan Müəllimlər İnstitutunda iqtisad elmləri
doktoru, professor Nazim Əhmədovun anadan olmasının 65
illik yubileyi münasibətilə yığıncaq keçirilmişdir.
Yığıncağı ali təhsil ocağının rektoru, professor Oruc
Həsənli açaraq alimin həyat yolu, elmi-pedaqoji
fəaliyyəti barədə danışmışdır. Qeyd olunmuşdur ki, Nazim
Əhmədov iqtisad elminin inkişafında mühüm xidmətlər
göstərir. O, "Heydər Əliyevin iqtisadi inkişaf modeli və
Naxçıvan", "Naxçıvan iqtisadiyyatı inkişaf yollarında",
"Naxçıvan iqtisadiyyatının prioritetləri; iqtisadi artım,
dinamik inkişaf" adlı monoqrafiyalarının, eləcə də "İstehlak
bazarının tənzimlənməsi problemləri" adlı dərs
vəsaitinin və 200-dən artıq məqalənin müəllifidir.
Professor Nazim Əhmədovun əməyi yüksək
qiymətləndirilərək 2007-ci ildə "Tərəqqi" medalı ilə
təltif edilmişdir.
Tədbirdə institutun elmi işlər üzrə prorektoru Yaqub
Məmmədov, pedaqoji fakültənin dekanı Azad Novruzov,
tərbiyə işləri üzrə prorektoru Sədaqət Həsənova,
pedaqogika və psixologiya kafedrasının müdiri Qızıltac
Şahbazova və başqaları çıxış edərək yubilyarı təbrik
etmişlər.
Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına
və iştirakçılarına diqqətə, əməyinə verilən qiymətə görə
minnətdarlığını bildirmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti |