Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 

Azərbaycanın təhsil nazirləri

Heydər İsa oğlu İsayev

 

 Heydər İsa oğlu İsayev 1936-cı ildə Naxçıvan şəhərində anadan olub.

1954-cü ildə şəhər 6 nömrəli orta məktəbi bitirib.

1959-cu ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinin məzunu kimi Əli Bayramlıya (indiki Şirvan şəhəri) neftçıxarma üzrə operator göndərilib, mühəndis, baş mühəndis vəzifələrində işləyib.

1962-ci ilin dekabrında Azərbaycan Neft və Kimya İnstitutunun problem laboratoriyasında mühəndis vəzifəsinə təyin olunub. 1964-cü ildə institutun əyani aspiranturasına qəbul edilib. Qısa müddətdə tədqiqatını başa vuraraq namizədlik dissertasiyasını uğurla müdafiə edib (1966). Geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alan Heydər İsayev Moskvada fransız dili kursunu bitirdikdən sonra Əlcəzairə mütəxəssis kimi işə göndərilir, buradakı ali məktəbdə əvvəlcə müəllim kimi çalışır, sonra geologiya və neft kafedrasına rəhbərlik edir. 1971-ci ildə Azərbaycana qayıtdıqdan sonra Az.NKİ-nin xarici vətəndaşların təhsili üzrə fakültəsinin dekanı olub, bir il sonra prorektor vəzifəsinə təyin edilib. 20 elmi əsərin müəllifi olan Heydər İsayev rus, fransız dillərində sərbəst danışırdı.

1977-ci il aprelin 8-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirinin birinci müavini təyin edilib. 1980-ci ildə bu vəzifədən azad olunub, yüksək təşkilatçılıq qabiliyyətinə görə bir sıra məsul vəzifələr ona tapşırılıb. 1980-1983-cü illərdə 26 Bakı komissarı adına Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın elm və təhsil şöbəsinin müdiri işləyib.

1983-1988-ci illərdə Respublika Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri olub. Tarixi təcrübə və ənənələrə əsaslanaraq ixtisaslı fəhlə kadrların hazırlığına rəhbərlik edib. Heydər İsayev Azərbaycan müəllimlərinin X qurultayında texniki peşə təhsilinin vəziyyətinə dair geniş məruzə edib.

1988-ci ilin oktyabrında müvafiq qərarla Azərbaycan SSR Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi və Dövlət Texniki Peşə Təhsili Komitəsi birləşdirilərək, Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin yaradılması ilə əlaqədar Heydər İsayev işdən azad olunub.

O, 1988-1991-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1991-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində işləyib.

Heydər İsayev səmərəli fəaliyyətinə görə "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilib, Azərbaycan SSR və SSRİ Ali sovetlərinin deputatı olub.

Heydər İsayev 1999-cu ildə vəfat edib.

 
 
 
Səhifənin başına qalx "Azərbaycanın təhsil nazirləri" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov