Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində
riyaziyyat fənni kurikulumunun (V-XI siniflər) nəşrə
təqdim olunması ilə əlaqədar tədbir keçirilmişdir.
Mərkəzdən AzərTAc-a bildirmişlər ki, tədbirdə riyaziyyat
fənni kurikulumu (V-XI siniflər üçün) və onun xarakterik
cəhətləri, fənnin əhəmiyyəti, məqsəd və vəzifələri,
məzmun xətləri, ümumi təlim nəticələri, məzmun xətləri
üzrə təlim nəticələri və fəaliyyət xətləri barədə
ətraflı danışılmışdır. Həmçinin, siniflər üzrə məzmun
standartlarının təkmilləşdirilməsi ilə bağlı görülmüş
işlər barədə iştirakçılara məlumat verilmişdir.
Sonra mövzu ətrafında müzakirələr aparılmışdır.
Tədbirdə çıxış edənlər riyaziyyat fənni kurikulumunun (V-XI
siniflər) çap olunmasını məqsədəuyğun hesab etmişlər. |