Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin böyük mütəfəkkir, milli dramaturgiyamızın
banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli
Axundzadənin anadan olmasının 200 illik yubileyinin
TÜRKSOY təşkilatı çərçivəsində qeyd edilməsi təklifi
həmin qurum tərəfindən müsbət dəyərləndirilmiş və
2012-ci il TÜRKSOY çərçivəsində "M.F.Axundzadə İli" elan
edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və
mədəniyyət proqramları şöbəsindən AzərTAc-a bildirmişlər
ki, hazırda "M.F.Axundzadə İli"nin TÜRKSOY-a daxil olan
bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi
ilə tədbirlər planı hazırlanmaqdadır.
Bu ilin yanvar ayı ərzində TÜRKSOY-un Ankara şəhərində
yerləşən qərargahında "M.F.Axundzadə İli"nin rəsmi
açılış mərasiminin keçirilməsi planlaşdırılır. |