Bişkekdəki
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun
sifarişi ilə paytaxtdakı "Biytiktik" nəşriyyatında
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin "Gorus
2010:
absurd teatrı mövsümü" kitabı qırğız dilində çap
edilmişdir.
Kitabı qırğız dilinə tanınmış yazıçı Mukan Asanaliyev
tərcümə etmişdir.
Nəşrdə Ermənistanda Serj Sarkisyanın prezident
seçkilərini saxtalaşdıraraq hakimiyyətə gəlməsi haqqında
söhbət açılır, onun Azərbaycan torpaqlarını öz adlarına
çıxması ilə əlaqədar sərsəm bəyanatlarına tutarlı cavab
verilir. Əsərdə deyilir ki, XIX əsrdə, hətta XX əsrin
əvvəllərində İrəvan şəhərində, həmçinin Dağlıq Qarabağ,
Zəngəzur və digər bölgələrdə ermənilər azlıq təşkil
etmiş, əhalinin əksəriyyəti azərbaycanlılar olmuşdur.
Fondun sədri Nüsrət Məmmədov bildirmişdir ki, bu
kitabın çapından məqsəd Azərbaycan həqiqətlərinin qırğız
xalqına çatdırılmasıdır və kitabın Qırğızıstanda pulsuz
yayılması nəzərdə tutulmuşdur.
Xatırladırıq ki, akademik Ramiz Mehdiyevin "Gorus
2010:
absurd teatrı mövsümü" kitabı ötən ilin dekabr ayında
rus dilində çap edilmişdir. Kitabın rusdilli variantı
Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistanda
pulsuz yayılır.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Bişkek |