Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 Yanvar - №1

 

Yeni tədris metodlarına dair seminar keçirilib

 

 Bakıdakı Əsəd Əsgərov adına 244 nömrəli tam orta məktəbdə fəal təlim metodlarına  həsr olunmuş seminar keçirilib.

Seminarı giriş sözü ilə açan məktəbin riyaziyyat fənn metodbirləşməsinin sədri Nurqələm Bayramova dekabrın Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "riyaziyyat aylığı" elan olunduğunu, tədbirin bu aylıq çərçivəsində keçirildiyini bildirib. Sonra seminarın əsas təşkilatçısı, məktəbin riyaziyyat müəllimi Aytən Qılıncova "Fəal təlim metodlarından tədrisdə istifadə" mövzusunda məruzə edib. Məruzəçi yeni fəal təlim metodlarının üstünlüklərindən danışıb və məktəbin müəllimlərinin tədris prosesində bu metodlara geniş yer verdiyini vurğulayıb. Tədbirdə çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Süleymanova təhsil ocağında fəal təlim metodlarının tətbiqi ilə tez-tez "açıq dərs"lərin keçildiyini, müəllimlərin yeni metodları mənimsədiklərini diqqətə çatdırıb.

Seminarı məktəbin direktoru Yəhya Abbasov yekunlaşdıraraq onun əhəmiyyətli olduğunu, müəllimlərin yeni metodlarla bağlı məlumatlılıq səviyyəsini artırdığını bildirib. 

Məhbubə MEHDİYEVA,
Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin I kurs tələbəs

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov