Xəbər verildiyi kimi, Təhsil Nazirliyinin ümumtəhsil və
ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri
arasında təşkil edilən VI Respublika Spartakiadasında
xidmətləri olan təhsil işçiləri mükafatlandırılıb. Peşə
təhsili müəssisələri arasında keçirilən idman
yarışlarında 3-cü kateqoriya üzrə I yerə 7 nömrəli Bakı
Peşə Liseyi çıxaraq qalib olmuşdur. Buna görə də lisey
Təhsil Nazirliyi tərəfindən Fəxri fərman və kubokla
təltif olunmuşdur. Bununla əlaqədar liseyin direktoru
Yəhya Səfərov bildirdi ki, idmançılarımız spartakiadanın
zona və final mərhələlərində idmanın 6 növü - voleybol,
basketbol, atletika, stolüstü tennis, futbol və həndbol
yarışlarında iştirak etmişlər. Nəticədə lisey peşə
təhsili müəssisələri arasında 3-cü kateqoriya üzrə I
yerə çıxmışdır. Keçirilən idman yarışlarında və
yetirmələrimizin qələbə qazanmasında liseyin idman
rəhbəri Əkbər Rüstəmovun zəhməti böyük olmuşdur.
Şakir CƏFƏROV |