Bakıdakı
308 nömrəli orta məktəbin II "C" və III "D" sinif
şagirdləri müəllimləri Pərvanə Abbasova və Sevda
Məmmədovanın təşkilatçılığı ilə Bilgəh qəsəbəsində
yerləşən Qocalar evində olublar.
Məktəbin direktoru Təranə Məmmədovadan aldığımız
məlumatda bildirilir ki, şagirdlərin gəlişi burada
yaşayan qocaların böyük sevincinə səbəb olub. Qocalar
evinin sakinləri üçün nahar süfrəsi açılıb.
Şagirdlər qocalar qarşısında ana və oğul, qocalara qayğı
müqəddəs borcumuzdur mövzularında şeir söyləyib,
mahnı oxuyub və ədəbi kompozisiya göstəriblər.
Çıxışlarda qocalara göstərilən dövlət qayğısından söz
açılıb və bu gün onların görüşünə gələn şagird və
müəllim kollektivinə minnətdarlıq ifadə olunub.
Sonda şagirdlər ahıllarla birgə xatirə şəkli də
çəkdiriblər. |