Naxçıvan
Özəl Universitetinin tələbələri Şahbuz rayonunda
yerləşən Ahıllar evini ziyarət etmişlər. Tədbirdə
universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Orxan Ənnağızadə rektor, professor İsmayıl Əliyev və
professor-müəllim və tələbə heyəti adından çıxış edərək
onların salamlarını və bayram təbriklərini çatdırmışdır.
O qeyd etmişdir ki, dövlətimizin sosial sahələrin
inkişafına və xüsusilə kimsəsizlərə, yardıma ehtiyacı
olan insanlara daim diqqət və qayğısı vardır. Bu gün bu
sahədə muxtar respublika rəhbərliyinin yaxından maddi-mənəvi
qayğısı bunun bariz nümunəsidir. Burada yaradılan yüksək
şərait ahılların tam rahatlığını təmin edir.
Sonra universitetin tələbələrindən ibarət bədii
özfəaliyyət ansamblının çıxışları dinlənilmiş,
gətirilmiş sovqat ahıllara təqdim edilmişdir.
Nuray ƏSGƏROVA |