| 
						
						 Zaqatala RTŞ-dən bildirirlər ki, bu günlərdə yekun 
						vurulan "Gələcək nəsillərlə üz-üzə" respublika inşa 
						müsabiqəsində rayonun Humanitar fənlər gimnaziyasının XI 
						sinif şagirdi Eltac Həsənova I, Ş.Qurbanov adına şəhər 3 
						nömrəli tam orta məktəbin XI sinif şagirdi Elnur 
						Həmzəyev və İ.Kərimov adına Çobankol kənd tam orta 
						məktəbinin məzunu Nicat Qocayev III yerə layiq görülüb. 
						
						 Qazanılan  bu uğur son illər rayon təhsil şöbəsinin 
						apardığı məqsədyönlü işlər sayəsində əldə olunub. Tədris 
						sahəsində olduğu kimi, müxtəlif miqyaslı yarışlar, 
						müsabiqələr və fənn olimpiadalarına rayonda diqqət daha 
						da artırılacaq və bundan sonra da yeni-yeni  uğurlar 
						əldə olunacaq.  
						
						
						Ə.DAŞDƏMİRLİ |