Azərbaycanın ümumtəhsil müəssisələrində riyaziyyat-texniki
və təbiət fənləri, eləcə də bədii yaradıcılıq, incəsənət,
idman sahələri üzrə təhsil alan istedadlı şagirdlərin
siyahısı hazırlanacaqdır. Təhsil Nazirliyindən AzərTAc-a
bildirmişlər ki, 2012-ci ilin mart ayınadək yerli təhsil
orqanları tərəfindən həmin şagirdlərin siyahısı
hazırlanaraq nazirliyə təqdim ediləcəkdir. Həmin siyahı
əsasında nazirlikdə "İstedad bankı" yaradılacaqdır.
Bununla yanaşı, 2012-ci ilin birinci yarısında istedadlı
uşaq və gənclər haqqında internet portalı yaradılacaqdır.
İstedadlı uşaq və gənclərlə aparılan işlərin
təkmilləşdirilməsi ilə bağlı tədqiqatlar
genişləndiriləcəkdir.
Yanvar-fevral aylarında isə tədqiqatların aparılması
üçün pilot müəssisələr seçiləcəkdir. |