Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 Yanvar - №1

 

"Dayanıqlı inkişaf və idarəetmə modelləri" mövzusunda beynəlxalq konfrans

 

Lənkəran Dövlət Universitetində (LDU) "Dayanıqlı inkişaf və idaretmə modelləri: nəzəriyyə və praktika" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Tədbir iştirakçıları konfransdan əvvəl universitetin müasir tələblərə cavab verən tədris korpusu ilə tanış olmuşlar. İştirakçılara LDU-nun yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Tədris korpusunda ümummilli lider Heydər Əliyevin büstünün açılışı oldu. Dahi rəhbərin büstünün örtüyü götürüldükdən sonra önünə əklil qoyuldu.

Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov bu təhsil ocağının ümummilli lider Heydər Əliyevin həmişə diqqət mərkəzində olduğunu bildirdi.  Ulu öndər Heydər Əliyevin "Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir" sözlərini rəhbər tutan universitetin kollektivi uğurlarını ildən-ilə artırır. Universitetdə gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə hörmət ruhunda, peşəkar mütəxəssis və vətənpərvər vətəndaş kimi tərbiyə olunması istiqamətində ardıcıl, məqsədyönlü işlər həyata keçirilir.

Sonra Elektron Təhsil Şəbəkəsinin açılışı oldu. Bu barədə məlumat verən LDU İnformasiya Texnologiyaları Mərkəzinin (İTM) rəhbəri Ənvər Şahqubadbəyli bildirdi ki, universitet TEMPUS, İNTAS, NATO, İREX və s. mötəbər beynəlxalq təşkilatların qrant layihələrinin qalibidir. NATO-nun qrantı hesabına universitetdə elektron elm, təhsil şəbəkəsi quraşdırılmışdır. Elektron təhsil şəbəkəsi tələbələrin, müəllimlərin, elmi işçilərin dünyanın ən qabaqcıl ali məktəbləri ilə əlaqə yaratması üçün yeni imkanlar yaratmışdır. Onlar şəbəkə vasitəsilə distant təhsil alır, birgə elmi-tədqiqat işləri aparırlar. Elektron Təhsil Şəbəkəsi avtomatlaşdırılmış təhsil və idarəetmə sisteminə keçidi sürətləndirəcək, əməkdaşların və tələbələrin elektron idarəetmə bacarığını artıracaqdır. Sonra iştirakçılar universitetin tədris laboratoriyaları və fənn kabinetlərini gəzdilər.

Konfrans iştirakçıları universitetdə yaxın günlərdə fəaliyyət göstərəcək idman-tədris kompleksinin tikintisi ilə tanış oldular.

Konfrans öz işini N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında davam etdirdi. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Turizm Universiteti, AMEA Lənkəran Regional Elm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransı LDU-nun rektoru, professor Asəf İsgəndərov açdı.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev şəhər icra hakimiyyəti başçısının təbrikini konfrans iştirakçılarına  çatdırdı.

Universitetin rektoru, professor Asəf  İsgəndərov bildirdi ki, Azərbaycanın dayanıqlı inkişafının əsasını təşkil edən ümummilli lider Heydər Əliyev siyasəti tarixi dövrün yeni mərhələsində dövlət başçısı İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Rektor daha sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişaf strategiyasının modelinin hərtərəfli təhlilini verdi və bu istiqamətdə ölkədə aparılan aktual elmi problemlərdən danışdı. A.İsgəndərov sözünə davam edərək Azərbaycanın son illərdə qazandığı böyük uğurlarını Heydər Əliyev strategiyasının doğruluğunun sübutu kimi qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycanın iqtisadi və siyasi uğurları onun elmdə, təhsildə də böyük nailiyyətlər qazanılmasına geniş imkanlar açmışdır. Konfransın plenar iclasında məruzə ilə çıxış edən Sumqayıt  Dövlət Universitetinin rektoru,  professor Nadir  Qəhrəmanov, Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, Azərbaycan Turizm Universitetinin rektoru, professor Cəfər Cəfərov, Kiyev Milli Universitetinin professoru Aleksandr Nakoneçni, Azərbaycan Respublikası Təhsil İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsi sədrinin müavini Şakir Əsgərov dayanıqlı inkişaf və dayanıqlı idarəetmənin müxtəlif elm sahələri tərəfindən tarix boyu öyrənildiyini bildirməklə yanaşı, həm də bu tədqiqatların nəzəri və praktik əhəmiyyətini təhlil etdilər. Bildirildi ki, 2011-ci il Azərbaycanın tarixində iqtisadi və sosial həyatın bütün sahələrinin inkişafında kəskin sıçrayış və tərəqqi ili olmuşdur. Bu inkişaf, tərəqqi Azərbaycan dövlətinin dinamik inkişafında, hüquqi dövlət quruculuğunda, xalqın həyat səviyyəsinin yüksəldilməsində özünü aydın göstərir. Ümummilli lider Heydər Əliyevin iqtisadi inkişaf strategiyası Azərbaycanın dinamik inkişafının qarantıdır və tam qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bu inkişaf daha geniş vüsət almışdır. Dünyanı bürüyən ağır iqtisadi böhrana baxmayaraq, bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, inkişaf sürətinə görə dünyada lider dövlətə çevrilmiş, iqtisadi cəhətdən güclü, siyasi baxımdan müstəqil ölkə səviyyəsinə çatmışdır.

Plenar iclasın sonunda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edildi.

Konfrans öz işini "Heydər Əliyev strate

giyası və Azərbaycanın müasir inkişafında İlham Əliyev mərhələsi","Azərbaycanın milli inkişaf modeli", "Təhsil və informasiya texnologiyaları ilə sosial-iqtisadi inkişaf", "Dayanıqlı inkişafın aktual problemləri və idarəetmə modelləri" bölmələrində davam etdirdi.

"Heydər Əliyev və milli mənəvi dəyərlərimiz", "İlham Əliyev mərhələsində Azərbaycan xarici ticarətinin təkmilləşdirilməsi modelləri", "Heydər Əliyev və Azərbaycanın inkişaf strategiyası", "Dayanıqlı inkişaf konsepsiyası və əxlaqi mənəvi dəyərlərin qorunması", "Təhsil islahatları Heydər Əliyevin milli siyasətinin tərkib hissəsidir", "Müasir dövrdə Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının inkişaf xüsusiyyətləri" və s. mövzularda 150-dən çox məruzə dinlənildi.

Konfransın ikinci iş günündə bölmələr üzrə plenar məruzələr dinlənildi.

Plenar iclası Lənkəran Dövlət Universitetinin rektoru, professor A.İsgəndərov açdı, elm və təhsildə qazanılan uğurlardan, qarşıdakı vəzifələrdən danışdı, konfrans iştirakçılarının suallarına cavab verdi.

Plenar iclasda Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının direktoru Orucəli Rzayev, Armavir Dövlət Pedaqoji Akademiyasının (Rusiya) professoru Lyudmila Qorobets, RİSK Elm-İstehsalat Birliyinin baş direktoru Cabir Cümşüdov təbiətşünaslığın, humanitar elmlərin, dövlət idarəçiliyinin, iqtisadiyyatın dayanıqlı inkişafı ilə bağlı müasir problemlərə dair məruzələr etdilər.

Sədrlər rəhbərlik etdikləri bölmələr haqqında məlumat verdilər.

Dekabrın 25-də universitetin 1 saylı tədris korpusunun ərazisində - "Dəmir ağacı" parkında iməcilik keçirildi. 100-dən çox ağac əkildi. 

Hacı Etibar ƏHƏDOV,
Lənkəran Dövlət Universiteti
 Mətbuat və informasiya xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov