Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 Yanvar - №1

 

Azərbaycanın təhsil nazirləri

Tofiq Əliheydər oğlu Allahverdiyev

 

 Tofiq Əliheydər oğlu Allahverdiyev 1917-ci ildə Bakı şəhərində anadan olub.  1930-cu ildə Paris Kommunası adına zavodun fabrikzavod məktəbinə daxil olub, qaynaqçı ixtisasına yiyələnib. Komsomol təşkilatlarında seçkili vəzifələrdə çalışıb, 1940-cı ildə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu dağ mühəndisi ixtisası üzrə bitirib.  1942-ci ildə Azərbaycan LKGİ Bakı Şəhər Komitəsinin katibi işləyib. Böyük Vətən müharibəsi illərində 390-cı atıcı diviziyanın siyasi şöbəsində qulluq edib, yaralandıqdan sonra ordudan tərxis edilib. 1942-1944-cü illərdə Azərbaycan LKGİ MK-nın katibi seçilib. 1944-cü ilin fevralından SSRİ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin Akademiyasında bir il təhsil alıb, 1945-1947-ci illərdə İranda, SSRİ konsulluğunda katib işləyib.

1947-ci ildə Azərbaycan KP MK-nın şöbə müdirinin müavini, 1947-1948-ci illərdə şöbə müdiri vəzifələrində çalışıb. 1950-1952-ci illərdə Azərbaycan KP MK katibi, 1952-1953-cü illərdə Gurganneft Trestinin rəis müavini, 1955-1961-ci illərdə Bakı Şəhər PK-nın birinci katibi işləyib. 1953-1955-ci illərdə SSRİ Neft Sənayesi Akademiyasının dinləyicisi olub. Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

Texnika elmləri namizədi, dosent Tofiq Allahverdiyev 1966-cı ildə Azərbaycan Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri təyin olunub. 1982-ci ilə qədər bu vəzifədə çalışıb. Onun sədr işlədiyi dövrdə texniki peşə məktəblərinin sayı 1,7 dəfə, şagirdlərin sayı 2 dəfə artmışdı. 1966-1970-ci illərdə bu məktəblərdə 96,4 min ixtisaslı fəhlə hazırlanıb.

Təkcə 1970-ci ildə Azərbaycanda fəaliyyət göstərən 76 texniki peşə məktəbində 150 peşə üzrə 40,9 min şagird təhsil alıb. Texniki peşə məktəblərində 594 kabinet, 100 laboratoriya, 285 tədris emalatxanası təşkil edilib. Həmin dövrdə kənd texniki peşə məktəblərində 335 traktor, 93 taxılbiçən kombayn, 28 pambıqyığan maşın, 430 ədəd müxtəlif kənd təsərrüfatı maşını olub.

Həmin dövrdə Azərbaycanda texniki peşə məktəblərinin tədris-maddi bazasının ləng inkişaf etdiyi, ixtisaslı fəhlə kadrları hazırlığının aşağı səviyyədə qurulduğu nəzərə alınaraq (1971-1975-ci illər) 54 yeni texniki peşə məktəbi, o cümlədən Ağdaş, Astara, Balakən, Cəlilabad, Cəbrayıl, Yevlax, Beyləqan, Zəngilan, Zərdab, Şərur, İmişli, İsmayıllı, Qubadlı, Laçın, Sabirabad, Salyan, Tovuz, Ucar, Şəmkir, Şəki və Şuşada yeni texniki peşə məktəbləri açılıb.

İxtisaslı fəhlələrin xarakterinin formalaşması və ideya-siyasi cəhətdən yetkinləşməsi üçün hərtərəfli iş aparılır, hər il şagirdlərin peşə hazırlığı vəziyyətini müəyyənləşdirmək məqsədilə müvafiq yarışlar keçirilirdi. Estetik, etik, vətənpərvərlik tərbiyəsi baxımından faydalı olan rəngarəng tədbirlərin keçirilməsini pedaqoji kollektivlər daim diqqət mərkəzində saxlayırdı. İxtisaslı fəhlə kadrlarının hazırlanmasında qazanılmış qabaqcıl təcrübənin öyrənilib ümumiləşdirilməsi və yayılmasında, müəllimlərə və istehsalat təlimi ustalarına yenilikləri mənimsəməkdə, təlim-tərbiyə prosesini daha da təkmilləşdirmək yollarını göstərməkdə komitənin orqanı olan "Gənc fəhlə bülleteni" əhəmiyyətli rol oynayırdı.

Texniki peşə məktəbinin məzunlarından bir çoxu Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, istehsalatda xarüqələr yaratmış, SSRİ-nin orden və medalları ilə təltif olunmuşdular. Texniki peşə məktəblərinin onlarca müəllimi və istehsalat təlimi ustası "Əməkdar müəllim", "Əməkdar usta" kimi adlara layiq görülüb.

Öz işinin bilicisi olan Tofiq Allahverdiyev Azərbaycan müəllimlərinin VIII qurultayındakı (20 yanvar 1967-ci il) çıxışında peşə təhsili sahəsində müşahidə olunan nöqsanları yığcam şəkildə təsvir və təhlil edib.

Tofiq Allahverdiyevin komitə sədri işlədiyi 1966-1982-ci illəri texniki peşə təhsili sisteminin yüksəliş dövrü kimi səciyyələndirmək olar. 1982-ci ilin əvvəllərində zəngin maddi-texniki bazaya malik 182 texniki peşə məktəbi fəaliyyət göstərib.

Fəaliyyət göstərdiyi bütün sahələrdə bilik və bacarığını əsirgəməyib, işinə yaradıcı münasibət göstərib. Onun çoxillik əməyi "Şərəf nişanı" (1944), iki "Qırmızı Əmək Bayrağı" (1958, 1971), "İkinci dərəcəli Vətən müharibəsi" (1976), "Oktyabr inqilabı" (1976) ordenlərinə, on bir medala layiq görülüb.

1982-ci il oktyabrın 13-də komitə sədri vəzifəsindən azad olunub.

Tofiq Allahverdiyev 1982-ci ildə dünyasını dəyişib.

***

Onu da qeyd edək ki, Tofiq Allahverdiyevin səhhətindəki müəyyən problemlərlə bağlı tanınmış partiya işçisi Zülfüqar Abdullayev bir il dörd ay Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri vəzifəsini icra edib.

 
 
 
Səhifənin başına qalx "Azərbaycanın təhsil nazirləri" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov