Bağca-Məktəb-Lisey
Kompleksində 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasibəti ilə müstəqil Azərbaycanın
qurucusu ulu öndər Heydər Əliyevə həsr olunmuş "açıq
dərs" keçirildi.
Əvvəlcə tədbir iştirakçıları kompleksin foyesində ulu
öndərin həyat və fəaliyyətinin bəzi məqamlarını əks
etdirən fotolardan ibarət sərgi ilə tanış oldular.
Təhsil ocağının direktoru Qafar Hüseynov iştirakçıları
Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edərək
müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin
misilsiz xidmətlərindən danışdı.
VI "a" sinfində təşkil olunan "açıq dərs"də əvvəlcə
şagirdlərin ifasında Dövlət himni səsləndi və ümummilli
lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edildi. Ulu öndərə həsr olunmuş film
nümayiş olundu.
Müəllim Kəmalə Bədəlova tarixi mənbələrə əsaslanaraq 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü
haqqında danışaraq Heydər Əliyevin Azərbaycan xalqı
qarşısındakı misilsiz xidmətlərindən söz açdı. Sonra
bilik yarışması başladı. Yarışma üçün seçilmiş suallar
ulu öndərin həyatı, fəaliyyəti və müasir Azərbaycanın
tarixi haqqında idi. Sinif üç qrupa bölündü. Şagirdlər
ilk mərhələdə verilmiş müxtəlif sualları
cavablandırdılar.
Şagirdlərin yarışmada fəallığı və maraqlı fikirlər
söyləməsi onların ulu öndərə olan sevgisindən irəli
gəlirdi. Hər qrupun münsiflər heyəti tərəfindən verilən
qiyməti yazı lövhəsində qeyd olunurdu.
Növbəti mərhələdə müəllim hər qrupa bir mövzu verdi.
Birinci qrupun şagirdlərinə Heydər Əliyevin həyatı
haqqında məlumat toplamaq tapşırıldı. Şagirdlərdən
İmran və Fidan mövzunu daha ətraflı izah edərək yüksək
hazırlıq nümayiş etdirdilər. İkinci qrupun şagirdləri
ümummilli liderin Azərbaycan KP MK-nın birinci katibi
işlədiyi illərdə ölkədə gedən quruculuq işlərindən,
xalqımızın maddi rifahının yüksəlməsində göstərdiyi
əvəzsiz xidmətlərindən danışdılar. Şagirdlərdən Züleyxa
və Əfsanə Heydər Əliyevin böyük lider və tarixi
şəxsiyyət kimi qəbul olunmasında onun hələ sovet
dövründə gördüyü işlərin müstəsna rol oynadığını
vurğuladılar. Üçüncü qrupun şagirdləri isə bu ölməz
siyasətçinin müstəqil Azərbaycanın qurucusu kimi
fəaliyyətindən danışdılar. Kamran və Ravil çıxışlarında
qeyd etdilər ki, 1990-cı ilin 20 yanvarında xalqına
qarşı törədilən qanlı faciəyə öz etiraz səsini bir
vətəndaş kimi bütün dünyaya çatdıran Heydər Əliyev
sonralar ölkənin müstəqilliyini təmin edən bir liderə
çevrilmişdi.
III mərhələdə isə ulu öndərin müəyyən bir qərarının
tarixini və ya hər hansı bir tarixin hansı hadisəylə
bağlı olduğunu göstərmək üçün hər üç qrupa tapşırıq
verildi. Yenə də şagirdlər öz yüksək hazırlıqlarını
nümayiş etdirdilər.
Dərsdə iştirak edən qonaqlar razı qaldıqlarını,
şagirdlərin bilik səviyyəsinin yüksək olduğunu
bildirdilər.
Rəşad ZİYADOV |