Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 Yanvar - №1

 

ATİAHİ Respublika Komitəsi Avropa Komissiyasının "Təhsildə İKT-nin rolu" layihəsinə qoşulub

 

Avropa Komissiyasının təkliflərinə uyğun olaraq Beynəlxalq Təhsil Birliyi təhsildə İKT-dən istifadə üzrə beynəlxalq layihədə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə əməkdaşlıq edir. Qeyd edək ki, ATİAHİ Respublika Komitəsi Beynəlxalq Təhsil Birliyinin üzvüdür. 30 ay davam edəcək bu layihə çərçivəsində birgə fəaliyyət göstərmək məqsədi ilə ATİAHİ Respublika Komitəsi Bakıdakı 23 nömrəli orta məktəbin ibtidai sinif müəllimi, 2008-2009-cu tədris ilində keçirilmiş  "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Nigar Mustafazadəni öz nümayəndəsi kimi layihənin işçi qrupuna təqdim edib.

Beynəlxalq Təhsil Birliyinə üzv olan təşkilat nümayəndələrinin, adıçəkilən birliyin xüsusi ekspertləri və məşvərətçilərinin köməyi ilə bu layihənin həyata keçirilməsinə rəhbərlik elən Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Martin Romer  2010-cu ilin sentyabrında  ölkəmizdə səfərdə olarkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevlə görüşü zamanı təhsil sistemində İKT-nin istifadəsinə görə Azərbaycanın qabaqcıl ölkələrdən biri olduğunu xüsusi vurğulayıb. O, daha sonra Avropa Komissiyasının "Təhsildə İKT-nin rolu" layihəsi barədə məlumat verib. Qeyd olunub ki, layihəni həyata keçirməkdə əsas məqsəd burada iştirak edən ölkələrdə-Danimarka, Niderland, Portuqaliya, Yunanıstan, Rusiya və Azərbaycanda təhsil işçilərinin və təhsilalanların motivasiya edilməsi və yenidən təhsilə cəlb olunmasında İKT-nin pedaqoji rolu ilə bağlı təhsil müəssisələrində araşdırmalar aparmaq, formal təhsildən yayınma təhlükəsi zamanı İKT vasitələrinin və İKT əsaslı innovativ təlimlərin insanların motivasiyası və yenidən təhsilə cəlb edilməsində necə yardımçı ola biləcəyini aydınlaşdırmaq, müəllimlərin İKT sahəsində bacarıq və vərdişlərinə xüsusi diqqət yetirmək, onların İKT-nin potensialından pedaqoji nöqteyi-nəzərdən istifadə yollarını araşdırmaq, bundan əlavə, müəyyən olunmuş ən yaxşı təcrübələrin ölkələr arasında transformasiyasını nəzərdən keçirmək, müxtəlif Avropa ölkələrində müəllim təşkilatlarının təhsildə İKT sahəsindəki işinə və onların milli-mədəni təhsil kontekstlərinə müvafiq olan metodik nümunələrin qəbul olunmasına töhfələr vermək, layihənin nəticələrinin davamlı olmasını təmin etmək üçün təhsildə İKT-dən istifadə üzrə direktivlər yaratmaqdan ibarətdir.

Layihə ilə bağlı 5 dekabr 2011-ci il tarixində Brüsseldə keçirilmiş ilk iclasda 2014-cü ilə qədər davam edəcək bu layihənin gündəliyi və proqramı qəbul olunub, tədqiqatlar aparmaq üçün ekspertlər müəyyən edilib. Beynəlxalq Təhsil Birliyinin bu günə kimi uğurla həyata keçirdiyi layihələr nümunə olaraq iclas iştirakçıları tərəfindən bir daha nəzərdən keçirilib. Avropa Komissiyasının iştirakçı ölkələrə layihə ilə bağlı ayırdığı vəsaitin smetası müzakirə edilərək qəbul olunub.         

Gündəliyə əsasən işçi qrupları iştirakçı ölkələrə səfər edəcək, İKT-nin tədrisi ilə əlaqədar həmin ölkələrdə tədqiqatlar aparılacaqdır. Azərbaycana səfərin 6-8 may 2013-cü il tarixlərində olması gözlənilir. Səfər çərçivəsində işçi qrupu  Bakı şəhərində institut və orta məktəblərdə tədqiqatlar apararaq müəllim, tələbə və şagird kontingentlərindən müsahibələr götürəcəkdir. İKT-dən istifadə edərək Azərbaycanda erkən təhsildən yayınmanın qarşısının necə alındığı müşahidə olunacaq və əldə olunan ümumi nəticələr digər tədqiqatlarla müqayisə edilərək müxtəlif dillərdə kitab şəklində çap olunub bütün iştirakçı ölkələrə paylanılacaqdır.

Nəticə etibarilə bu layihə müxtəlif Avropa ölkələrində müəllim təşkilatlarının təhsildə İKT sahəsindəki işinə və onların milli-mədəni təhsil kontekstlərinə müvafiq olan ən yaxşı metodik nümunələrin qəbul olunmasına töhfələr verəcək, direktivlər yaradaraq təhsildə İKT-dən  istifadənin davamlı olmasını təmin edəcəkdir. 

Səbuhi İMANOV,
ATİAHİ Respublika Komitəsinin aparıcı mütəxəssisi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov