Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 Yanvar - №1

 

Əsgərlərə bayram sovqatı aparılıb

 

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Müəllimlər İnstitutunun kollektivi  muxtar respublika ərazisində yerləşən "N" saylı hərbi hissəyə getmiş, vətən qarşısındakı müqəddəs xidməti borcunu yerinə yetirən zabit və əsgərlərlə görüşmüşdür. Ali təhsil ocağının rektoru, professor Oruc Həsənli əsgər və zabit heyətini salamlamış, orduya göstərilən dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, hər bir dövlətin güvənc yeri, arxalandığı, ilk növbədə, onun güclü və qüdrətli  ordusudur. Bu səbəbdəndir ki,  Cənubi Qafqazda ən güclü ordu olan Azərbaycan ordusu hərtərəfli qayğı ilə əhatə edilib. Bu qayğının təməli isə ulu öndərimiz Heydər Əliyev tərəfindən  qoyulub.  Dahi öndərin ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin  nəticəsidir ki, ordumuz gündən-günə güclənir və hərbi qüvvətini artırır. Ərazi bütövlüyümüzü, müstəqilliyimizi qoruyan igid oğullarımız  da yaxşı bilirlər ki,  üstündə gəzdiyimiz bu torpaq bizə və onlara ata-baba əmanətidir. Bu müqəddəs əmanəti qorumaq, gələcək nəsillərə ərməğan etmək bugünkü gəncliyin  bir nömrəli vəzifəsidir.  Bu vəzifəni yerinə yetirmək torpağa, mənsub olduğu xalqa ən böyük sevginin ifadəsidir.

Bu gün fəxr etməyə mənəvi haqqımız çatır ki,  Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının əmrini gözləyən ordumuz işğal altında olan torpaqlarımızı tez bir zamanda azad etmək iqtidarındadır. Çünki onun xalqla sıx birliyi var. Ordumuzun bu səviyyəyə yüksəlməsində həmin amil də başlıca rol oynayır. Muxtar respublikamızın ərazisindəki  hərbi hissələrin timsalında bunu bütün aydınlığı ilə  görmək mümkündür. Naxçıvan Muxtar Respublikası  Ali Məclis sədrinin tez-tez hərbi hissələrdə olması, zabit və əsgərlərlə görüşməsi onlarda ruh yüksəkliyi yaradır, hərbiçilərin döyüş əzmini yüksəldir.

Bu gün düşmənlə həmsərhəd məntəqələrdə ictimaiyyətin nümayəndələrinin əsgərlərlə birlikdə bayramları qeyd etməsi isə onu göstərir ki, xalq öz ordusunun, ordu isə xalqın yanındadır və istənilən anda xalqın hər bir nümayəndəsi əlinə silah alıb, səngərlərdə keşik çəkməyə hazırdır.

Sonra gətirilmiş bayram sovqatı hərbiçilərə təqdim olunmuşdur. 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov