Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 Yanvar - №1

 

NDU-da İnternet jurnalistikası üzrə seminar keçirilib

 

Bu yaxınlarda Bakıda Beynəlxalq Mətbuat Mərkəzində "Yeni media: kadr təminatı və peşəkarlıq" mövzusunda keçirilən konfransda ölkədə dinamik inkişaf edən yeni media sektorunun mövcud vəziyyəti, problemlər və onların aradan qaldırılması ilə bağlı təklif və tövsiyələr öz əksini tapmışdı. Problemin aradan qaldırılması üçün ali təhsil müəssisələrində yeni tədris modelinin yaradılmasının vacibliyi, universitetlərdə tələbələrin praktiki bacarıqlar əldə etməsi üçün şəraitin yaradılması, onlayn laboratoriyaların təşkil edilməsi, tədris  və biznes sektorunun əməkdaşlığının zəruriliyi və digər səmərəli təkliflər irəli sürülmüşdü. Qeyd edək ki, layihəyə qoşulan 11 ali təhsil müəssisəsi sırasına Naxçıvan Dövlət Universiteti də daxil idi.

Layihə çərçivəsində universitetin dəvəti ilə jurnalistika ixtisasının müəllim və tələbələrinə "İnternet jurnalistika" üzrə seminar keçmək üçün jurnalistika və media idarəçiliyi üzrə mütəxəssis, Türkiyə, Sloveniya, Çexiya və digər ölkələrdə yeni media sahəsində seminarlar keçən və müxtəlif beynəlxalq təşkilatlar üçün "İnternet jurnalistika" üzrə layihələr hazırlayan  Emin Hüseynzadə Naxçıvana gəlmişdir. 3 gün ərzində davam edən seminarda İnternet üzərindən canlı yayım və videoçəkiliş, Bambusser-lə mobil yayım, Livestream saytının verdiyi yüksək keyfiyyətli yayım və paylaşma qaydaları izah edilmişdir. Mövzunun davamı olaraq onlayn televiziya kanalının yaradılmasından da bəhs olunmuşdur. Test üçün universitet televiziyasının onlayn variantı hazırlanmış, gələcəkdə bu sahənin daha dərindən öyrənilməsi və tətbiqinin zəruriliyi vurğulanmışdır. İlk dəfə olaraq onlayn televiziya üçün seminarın gedişi İnternet üzərindən canlı yayımla paylaşılmışdır. Tələbələrə "youtube" saytında redaktə və videomontaj öyrədilmiş, tələbələrin hazırladıqları qısametrajlı videoçarxlar saytda yerləşdirilmişdir.

Seminarda Google alətləri Analytics, RSS, oxuyucu-Reader və s. haqqında məlumat verilmişdir. İnternetdə onlayn xəritələrin hazırlanması və yerləşdirilməsi, istifadə məqsədləri və qaydaları izah edilmişdir. Google Maps və Umapperdə obyekt, yol, hadisə və s. yaradılması, sayta yerləşdirilməsi və onun praktik tətbiqi dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.  

Muhazirəçi mütəxəssis sadə veb-sayt və bloqun yaradılması, HTML kodun yerləşdirilməsindən də danışmışdır. 

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti informasiya texnologiyalarının tətbiqi və maddi-texniki baza səviyyəsinə görə bir çox Avropa universitetləri ilə rəqabət aparacaq səviyyədədir. Bu cəhətdən texniki imkanlardan səmərəli istifadə edəcək və informasiya əsrinin tələblərinə cavab verəcək peşəkar kadr potensialı hazırlığı müstəqil dövlətimizin diqqət yetirdiyi sahələrdən biri olduğundan keçirilən seminarın əhəmiyyəti də yüksək dəyərləndirilməlidir.    

Surə SEYİD

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov