Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 Yanvar - №1

 

Dövlət müstəqilliyinə həsr edilmiş elmi məqalələr müsabiqəsinə yekun vuruldu

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Qafqaz Universiteti və İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə ötən ilin sentyabrından keçirilməyə başlanmış "Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra 20 illik iqtisadi inkişafı" mövzusunda elmi məqalələr müsabiqəsi dekabrın sonlarında başa çatmışdır.

Dekabrın 28-də Qafqaz Universitetində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Bu ali təhsil ocağının Sosial İqtisadi Tədqiqatlar Mərkəzinin təşkil etdiyi mərasim açıq elan edildikdən sonra müsabiqənin təşkili, gedişi və yekunlarına həsr olunmuş film nümayiş olundu. Filmdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı dediyi fikirlər səsləndirildi, müstəqillik yollarında görülmüş işlər, həyata keçirilən bir sıra irimiqyaslı layihələr, o cümlədən ölkəmizin iqtisadi inkişafının təməl daşı olan neft müqavilələri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. barədə söz açıldı. Bildirildi ki, həyata keçirilən uğurlu dövlət quruculuğu  siyasəti və iqtisadi islahatlar sayəsində Azərbaycan dünyada islahatçı dövlət kimi tanınmışdır. Tədbir iştirakçılarına məlumat verildi ki, məqsədi iqtisadiyyat sahəsində elmi tədqiqatlara maraq oyatmaq, bu sahə üzrə ixtisaslara yiyələnən istedadlı tələbə və gənc tədqiqatçıları aşkara çıxarmaq və stimullaşdırmaq olan müsabiqəyə ötən ilin sentyabrından start verilmişdir. Ali təhsilin bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan gəncləri əhatə etməklə üç nominasiya üzrə keçirilən müsabiqəyə ölkəmizin ali təhsil ocaqlarında təhsil alanlarla yanaşı, bir sıra xarici ölkələrdən, o cümlədən Almaniyadan, Türkiyədən gənc tədqiqatçılar da qatılmışlar. Müsabiqəyə 50-dən çox ali məktəb və elmi-tədqiqat müəssisəsindən 90 iddiaçı müraciət edib. Daxil olan elmi məqalələr hər üç qurumun nümayəndələrindən təşkil olunmuş nüfuzlu münsiflər heyəti tərəfindən bir neçə kriteriya üzrə, xüsusən də aktuallığı və istinad olunan mənbələrin əhəmiyyəti baxımından qiymətləndirilib.

Əsasnaməyə görə ilk turda 60 bal toplayanlar ikinci tura buraxılıb. Bu şansı qazanmış 18 iddiaçı arasında dekabrın 24-də onların dinlənilməsi yolu ilə yenidən seçim aparılıb və hər üç nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Qaliblər müxtəlif məbləğdə pul mükafatlarına və diplomlara layiq görülüb. Sonra müsabiqədə I, II, III və bəzi nominasiyalar üzrə həvəsləndirici yerləri tutanların adları açıqlandı, onlar səhnəyə dəvət edilərək mükafatlar təqdim olundu.

Mükafatları təqdim edən Təhsil Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva, İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Fərhad Mikayılov, Qafqaz Universitetinin prorektoru Cihan Bulut və başqaları qalibləri təbrik edib müsabiqənin əhəmiyyətindən danışdılar, onun keçirilməsində əməyi olanlara minnətdarlıqlarını bildirdilər.  

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov