Dekabrın
24-də Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva Ağcabədi rayonunun Taxtakörpü ərazisində
Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi
üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında
iştirak etmişlər.
Sonra dövlət başçısı və xanımı 360 yerlik məktəb
binasında yaradılan şəraitlə tanış oldular.
Bildirildi ki, məktəbin həyətində abadlıq və
yaşıllaşdırma işləri aparılmış, futbol
meydançası inşa olunmuşdur. İdman zalında
basketbol, güləş və voleybol kimi idman
növlərinə aid avadanlıq quraşdırılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva zalda idmançıların nümunəvi çıxışlarını
izlədilər.
İdmançılar dövlət başçısı və xanımı ilə xatirə
şəkli çəkdirdilər.
Kompüter otağı, laboratoriyalar ən müasir tədris
avadanlığı ilə təchiz edilmişdir.
Prezident İlham Əliyev Laçından olan məşhur
şəxsiyyətlər haqqında məlumatların əks olunduğu
stendə də baxdı. Qeyd olundu ki, Azərbaycan Xalq
Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy
Sultanov Laçında doğulub boya-başa çatmışdır.
Məktəbdə sinif otaqları ilə yanaşı, fizika və
biologiya kabinetləri yerləşir. Kitabxananın
zəngin fondu vardır. Məktəbdə ulu öndər Heydər
Əliyev və Prezident İlham Əliyevin təhsilimizə
olan diqqət və qayğısını əks etdirən fotoguşələr
yaradılmışdır. Burada Heydər Əliyev Fondunun
təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı
layihələrdən bəhs edən guşə də vardır.
Bildirildi ki, qəsəbənin ərazisində inşa olunan
50 çarpayılıq uşaq bağçası isə balacaların daha
çox sevincinə səbəb olacaqdır. Geniş və işıqlı
otaqlar, müxtəlif oyun zalları, məktəbəqədər
hazırlıq guşəsi balacaların ixtiyarına
veriləcəkdir.
AzərTAc |