Bu
günlərdə Bakının Sabunçu rayonundakı N.İsmayılov
adına 80 nömrəli orta məktəbin riyaziyyat
müəllimi Xatirə Əlibəyovanın VIII "a" sinfində
həndəsə fənni üzrə keçirdiyi "açıq dərs" müasir
təlimin tələbləri səviyyəsində qurulmuşdur.
Dərsin mövzusu Pifaqor teoreminə həsr olunmuşdu.
Hər komanda mövzu ilə bağlı divar qəzeti
hazırlamışdı. Divar qəzetlərində məşhur
riyaziyyatçı alimlərin həyatı və yaradıcılığı
haqqında məlumat, riyaziyyatla bağlı maraqlı
faktlar öz əksini tapmışdır.
Şagirdlər "Tusi", "Riyaziyyatçılar", "Lütfi
Zadə", "Pifaqor" adlı dörd komandaya
bölünmüşdülər. Hər komandanın kapitanı
komandanın adı ilə bağlı referat hazırlamışdır.
Şagirdlər "Üçbucaqlar həyatda" mövzusu ilə bağlı
axtarışların nəticəsi olaraq müxtəlif
görüntüləri izlədilər.
Müxtəlif və maraqlı nəzəri məlumatlardan sonra
şagirdlər məsələ həllinə başladılar. Uşaqların
çoxu verilən həndəsi məsələləri çox maraqla və
sürətlə həll edirdilər. Məsələ həlli bitdikdən
sonra şagirdlər üçbucaqla bağlı müxtəlif
təcrübələr nümayiş etdirdilər. Sonra qalib
müəyyənləşdirildi, fərqlənən şagirdlərin biliyi
qiymətləndirildi.
Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş
əməkdaşi Fərman Abdullayev, məktəbin direktoru
Əlislam Abasquliyev çıxış edərək "aşıq dərs"in
müasir tələblər səviyyəsində, əhatəli və maraqlı
qurulduğunu qeyd etdilər. Gənc müəllimə öz
məsləhətlərini verərək ona uğurlar arzuladılar.
ƏDALƏT |