Bakıdakı
58 nömrəli orta məktəbdə riyaziyyat müəllimi
Rəqsanə İbrahimovanın IX "a" sinfində "Simmetriya"
mövzusunda "açıq dərs"i keçirildi. Dərs
motivasiya, qruplarla iş, şagird təqdimatı, yeni
mövzunun əlaqələndirilməsi, testlərlə
möhkəmləndirilməsi, şagirdlərin
qiymətləndirilməsi və ev tapşırığının verilməsi
mərhələsi üzrə təşkil olunmuşdur. Şagirdlər 3
qrupa bölünmüşdülər. Qruplar üzrə keçirilən
"açıq dərs"də 2-ci qrupun üzvləri bilik
yarışında qalib çıxdılar.
Sonra "dəyirmi masa" arxasında "açıq dərs"
təhlil olundu. Məktəbin direktoru Ulduzxan
Abdullayev, riyaziyyat üzrə metodbirləşmənin
sədri Ofelya Bəbişova, riyaziyyat
müəllimlərindən Şəhla Süleymanova, Sevinc
Hüseynova, Mətanət Şıxəliyeva və başqaları
bildirdilər ki, Rəqsanə İbrahimova təlimdə
interaktiv təlim metodlarından istifadə etməklə
"açıq dərs"ini müasir dərsə verilən tələblər
səviyyəsində keçdi. Dərsdə əyaniliyə daha geniş
yer verildi və şagirdlərin fəallığı tam təmin
olundu.
"Açıq dərs" diskussiya şəklində başa çatdı.
Şakir CƏFƏROV |
|