| 
								
								Dekabrın 26-da Bakının Biləcəri qəsəbəsindəki 
								299 nömrəli məktəb-liseydə riyaziyyat aylığı 
								çərçivəsində "açıq dərs"lər keçirildi. Tədbir 
								iştirakçıları əvvəlcə məktəbin foyesində 
								riyaziyyat aylığına həsr olunmuş şagirdlərin əl 
								işlərindən ibarət sərgi ilə tanış oldular. 
								Şagirdlər qonaqlara riyaziyyat aylığı 
								çərçivəsində məktəbdə görülən işlər haqqında 
								ətraflı məlumat verdilər. Sonra riyaziyyat fənni 
								üzrə IV "a" sinfində Ballı Quliyevanın, I "b" 
								sinfində Lalə Həsənovanın, VIII "b" sinfində 
								Məlik Rüstəmovun "açıq dərs"lərində iştirak 
								etdilər.   
								
								Sonra proqramın gündəliyinə üyğun olaraq 
								riyaziyyat gecəsinə həsr edilmiş musiqili 
								ədəbi-bədii kompozisiya keçirildi. Qonaqları 
								məktəb kollektivinə təqdim edən təhsil ocağının 
								rəhbəri Solmaz Kazımova qarşıdan gələn 31 dekabr 
								- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 
								Yeni il münasibəti ilə tədbir iştirakçılarını  
								təbrik etdi. Riyaziyyat aylığı çərçivəsində 
								məktəbdə görülən işlərdən bəhs edildi. 
								 
								
								Tədbirdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin nümayəndəsi Vaqif Fərəcov gecənin  və 
								"açıq dərs"lərin belə yüksək səviyyədə 
								keçirilməsinə görə məktəb kollektivinə 
								təşəkkürünü bildirdi.  
								
								Məktəb-liseyin şagirdləri riyaziyyat fənninə aid 
								şeirlərlə, mahnılarla həmin günü unudulmaz 
								xatirəyə çevirdilər. "Açıq dərs"lər qonaqlar 
								tərəfindən müzakirə edildi. Müəllimlərin işi 
								yüksək qiymətləndirildi.   
								
								
								Rəşad ZİYADOV |