Bakıdakı
229 nömrəli orta məktəbdə ADPU-nun professoru,
riyaziyyatçı alim Əlif Məmmədovla görüş
keçirilib.Tədbiri giriş sözü ilə açan məktəbin
direktoru Fəridə Bağırova məktəbdə riyaziyyat
aylığının yekunu barədə məlumat verib və
qonağı tədbir iştirakçılarına təqdim edib.
Professor Əlif Məmmədov tədbirdə dərs dediyi
tələbələrini görməyindən çox məmnun olduğunu
bildirib. Sonra riyaziyyat elmi barəsində
ətraflı danışan professor müəllimləri
maraqlandıran suallara da cavab verib.
Tədbirdə şagirdlər riyaziyyata aid şeir söyləyib,
ədəbi-bədii kompozisiya göstəriblər.
Sonda məktəbin riyaziyyat müəllimləri professor
Əlif Məmmədovla birlikdə xatirə şəkli
çəkdiriblər.
Şakir CƏFƏROV |