| 
								
								 Günay 
								Məmmədzadə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya 
								Ehtiyatları Uşaq-Gənclər Şahmat - Dama İdman 
								Məktəbinin yetirməsidir. 
								
								Günay 2000-ci ildə Bakıda ziyalı ailəsində 
								anadan olub. O, 6 yaşından şahmatla məşğul 
								olmağa başlayıb. G.Məmmədzadə çalışqanlığı və 
								istedadı ilə müəllimlərinin diqqətini cəlb edir 
								və çox keçmir ki, uğurları hamını sevindirir. 
								İstər təhsil aldığı Bakıdakı 6 nömrəli "İntellekt" 
								liseyində, istərsə də şahmat məktəbində nizam-intizamı 
								və çalışqanlığı ilə yaşıdlarından fərqlənən 
								Günay dünya  və Avropa çempionu olmaq, 
								bayrağımızı beynəlxalq səviyyəli yarışlarda uca 
								tutmağı öz qarşısına məqsəd qoymuşdur. 
								
								
								Günay uğurları haqqında bunları dedi: 
								
								-Mən 2007-ci ildə Türkiyənin Antalya şəhərində 8 
								yaşlı qızlar arasında keçirilən dünya 
								çempionatında II yerə layiq görülmüşəm. Bundan 
								başqa 2008-ci ildə isə Gürcüstanın Batumi 
								şəhərində keçirilən Avropa çempionatında I yeri 
								tutmuşam. Həmin il Vyetnamın Vanktau şəhərində 
								keçirilən dünya çempionatında III yerə çıxmışam. 
								2009-cu ildə isə Türkiyənin Antalya şəhərində 9 
								yaşlı qızlar arasında keçirilən dünya 
								çempionatında 11 turdan 10 xal yarım yığaraq I 
								yerə layiq görülmüşəm. 2010-cu ildə isə 10 yaşlı 
								qızlar arasında Azərbaycan 2-si olmuşam.  
								 
								
								Bu il mənim həyatımda çox uğurlu il oldu. 
								Sevincli hadisələrdən biri  yenə də Azərbaycan 
								çempionu adını qazanmağımdır. Arzu edirəm ki, 
								2012-ci il mənə və xalqımıza yola saldığımız 
								ildən də düşərli və müvəffəqiyyətli il olsun. 
								Qarşıdan gələn Yeni il və 31 dekabr - Dünya 
								Azərbaycanlılarının Həmrəylik Günü münasibəti 
								ilə Azərbaycan xalqını təbrik edir, sülh və 
								əminamanlıq arzulayıram.  |