Kərimli
Anar Asif oğlu 1998-ci ildə Bakıda ziyalı
ailəsində anadan olub. O, Zəngilan rayon 29
nömrəli tam orta məktəbin IX sinif şagirdidir.
İdmana olan sevgisi uşaqlıq illərindən yaranıb.
Dediyinə görə, daha çox məşhur idmançı kino
ulduzlarının filmlərinə baxdıqdan sonra idmanı
daha çox sevməyə başlayıb. Anar Azərbaycan dili,
ədəbiyyat və tarix fənlərini daha çox sevir. O
deyir ki, "Hər bir kəs öz xalqının tarixini və
ədəbi irsini dərindən bilməli, ona hörmətlə
yanaşmalıdır. Hansı sənəti sevib seçsən də,
mütləq Vətəninin tarixini, xalqının
mədəniyyətini öyrənməyə borclusan". 13 yaşlı
Anarın uğurları az deyil. Dərslərinə həvəslə
yanaşsa da, hələ kiçik yaşlarından bu çevik və
cəsur oğlanın arzuları ən çox idmanla bağlı olub.
Özünü ən güclü idmançı kimi görmək istəyib. O,
təcrübəli idman ustası, dəfələrlə dünya və
Avropa çempionu Siyavuş Bayramovun yetirməsidir.
Anar Kərimli özü haqqında bunları əlavə etdi:
-İlk növbədə, idmanın yüksək inkişafına və bu
sahəyə göstərilən böyük diqqət və qayğıya görə
ölkə başçısı cənab İlham Əliyevə bütün
idmançılar və idmansevərlər adından öz
minnətdarlığımı bildirirəm. İdmanı sevən bir
yeniyetmə kimi onu deyə bilərəm ki, bu gün
dövlətimiz tərəfindən biz idmançılar üçün hər
cür şərait yaradılıb. Ölkəmizdə uşaq və
gənclərlə iş bu gün möhkəm zəmin əsasında
qurulur. Gənclərin asudə vaxtlarını maraqlı və
səmərəli keçirmələri, pis vərdişlərdən uzaq
olmaları üçün bu olduqca vacibdir. İdmanda ciddi
olmaq lazımdır. Müəllimlərin tapşırıqlarına əməl
edir və məşqlərə ciddi yanaşırıq. Bütün
uğurlarıma görə müəllimlərimə minnətdaram.
Xüsusən də məşqçi müəllimim Siyavuş Bayramova
təşəkkürümü bildirirəm. Hər bir işdə ağıl və
səbr ilə hərəkət etmək lazımdır. Müəllimsiz
sənin heç bir uğurun ola bilməz. Yaxşı
perspektivli bir idmançı olmaq, böyük uğurlar
qazanmaq üçün zəhmət çəkmək lazımdır. Bir şeyi
qeyd etmək istərdim ki, beynəlxalq turnirlərdə
iştirak etmək üçün biz idmançılara maddi və
mənəvi kömək göstərən Karate Federasiyasına
təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edib
qarşıdan gələn 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
münasibəti ilə xalqımızı təbrik edirəm.
Bu çalışqanlığın və fitri istedadın sayəsində
Anar idmanda artıq kifayət qədər uğurlar
qazanmış, qələbələr əldə etmişdir. O. respublika
və beynəlxalq yarışlarda bir sıra yüksək
mükafatlara layiq görülmüşdür. Anar iki dəfə
Azərbaycan çempionu, İran İslam Respublikasının
Ərdəbil şəhərində keçirilən beynəlxalq turnirdə
III yerin sahibi olub. |
|