| 
								
								 Bakıdakı 
								28 nömrəli tam orta məktəbin  "Azəri" və "Qarabağ" 
								komandaları arasında  31 dekabr  - Dünya 
								Azərbaycanlılarının  Həmrəylik Gününə həsr 
								olunan "Şən startlar" intellektual, əyləncəli  
								idman yarışı  keçirildi. Tədbiri giriş sözü ilə 
								açan məktəbin direktoru  Mehriban Əlizadə   
								əlamətdar bayram münasibətilə qonaqları təbrik 
								etdi. M.Əlizadə ölkə başçısı  cənab  İlham 
								Əliyev tərəfindən  idmana  göstərilən diqqət və 
								qayğıdan  bəhs edərək, idmanın bütün sahələrində 
								qazanılan  uğurlarından, əldə olunan 
								nailiyyətlərin  günü-gündən artmasını diqqətə 
								çatdırdı. Qeyd etdi ki, istər paytaxtımızda, 
								istərsə də  regionlarda idmançılarımız üçün hər 
								cür şərait yaradılıb. Məktəbdə böyüməkdə olan 
								gənc nəslin fiziki tərbiyəsi, onların sağlam 
								inkişaf etməsi diqqətdə saxlanılan ən ümdə 
								məsələlərdəndir. Şagirdlər arasında keçirilən 
								bugünkü yarışda uşaqlar istedad və bacarıqlarını 
								nümayiş etdirəcəklər. 
								
								Sonra Dövlət himni səsləndi."Azərbaycan" 
								mahnısının  sədaları altında hər  iki  komandada  
								10 şagird olmaqla sıraya düzüldülər. Fiziki 
								tərbiyə müəllimi Səriyyə Süleymanova  yarışın 
								başlanmasına start verdi. 
								
								İki saat davam edən estafet yarışında  
								komandalar dözümlülük, cəldlik, çeviklik 
								bacarıqlarını  fəal yerinə  yetirərək, müxtəlif 
								idman  növləri üzrə oyun  nümayiş etdirdilər. "Azəri" 
								komandası 28 xal toplayaraq qalib adını qazandı.
								 
								
								Münsiflər heyəti komandalar arasında keçirilən 
								idman  yarışını yüksək dəyərləndirdi. Onlara, 
								bütün idmansevərlərə  yeni-yeni  uğurlar 
								arzuladı. Azərbaycan idmanının  şərəfini 
								ləyaqətlə qoruyub saxlamağı, vətənə layiqli 
								vətənpərvər  övlad olmağı tövsiyə etdilər. 
								Müxtəlif yarışlarda  yeniyetmə  idmançılarımızı 
								fəxri kürsünün ən yüksək pilləsində durmağa, 
								vətənə qızıl, gümüş  və bürünc medallarla 
								dönməyə, müxtəlif yarışlarda  bacarıq və 
								məharətlərini  ustalıqla nümayiş etdirməyə 
								çağırdılar. 
								
								Mərasimin  sonunda məktəbin direktoru Mehriban 
								Əlizadə, müavini  Nərminə Aşurova komandalara  
								gələcək idman yarışlarında daha böyük qələbələrə 
								imza atmağı, təhsil ocağının adını uca tutmağı 
								arzuladılar.Tədbirin hazırlanmasında  əməyi olan  
								fiziki tərbiyə müəllimləri  Səriyyə 
								Süleymanovaya və Xəyalə İbişovaya  
								təşəkkürlərini  bildirdilər. Qeyd etdilər  ki, 
								torpaqlarımızın 20 faizi  işğal  altında  
								qaldığı  bir vaxtda təhsil ocaqlarında  idman  
								yarışlarının  keçirilməsi, yeniyetmələrin fiziki 
								hazırlığının yüksək səviyyədə olması  vacib 
								şərtlərdən biridir.  
								
								Sonda  " Şən startlar" üzrə 6-cı və 7-ci  sinif  
								şagirdləri arasında keçirilən  məktəbin açıq 
								birinciliyində  qələbə  qazanan  komandanın 
								üzvlərinə diplom və hədiyyələr təqdim olundu.  
								
								
								Sifai SƏFƏROVA |