Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - ¹51

 

Azərbaycanda  dövlət büdcəsinin dinamik artımı fonunda təhsil sferasına ayrılan xərclər və ali təhsildə aparılan
maliyyə islahatının mövcud vəziyyəti

 

İqtisadi vəziyyət, təhsilə dövlət qayğısı 

Qeyd etməliyik ki, 2011-ci hesabat ili dünya iqtisadiyyatında qlobal maliyyə böhranının mənfi nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərin davam etdirilməsi, əksər ölkələrdə iqtisadi geriləmənin, əhalinin maddi gəlirlərinin azalması, sosial sahədə vəziyyətin pisləşməsi, işsizlik səviyyəsinin yüksəlməsinin davam etməsi fonunda yeni böhran dalğası riskinin getdikcə artması ilə yadda qaldı. Lakin əvvəlki illərdə olduğu kimi dünya iqtisadiyyatında baş verən böhran dövründə iqtisadi inkişaf tempini qoruyub saxlaya bilən, son illərdə ümumi daxili məhsulun əhəmiyyətli həcmdə artımını təmin edən, əhalisinin maddi gəlirlərinin artımına və beləliklə də ümumi rifah halının yüksəlməsinə nail olmuş  ölkələrdən biri olan Azərbaycan Respublikası 2011-ci ildə də iqtisadi inkişaf tempinə görə dünyada qabaqcıl ölkələrin sırasında olmuşdur. Bu da ölkəmizdə əsası vaxtilə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən  iqtisadi kursun  kifayət qədər düzgün və  uzaqgörənliklə həyata keçirildiyini bir daha göstərir. Belə ki, iqtisadi sferada ölkə rəhbərliyi tərəfindən həyata keçirilən son dərəcə dəqiqliklə düşünülmüş siyasətin nəticəsidir ki, hətta inkişaf etmiş bir sıra dünya ölkələrində belə, təsirləri hələ də ciddi şəkildə davam edən qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatı üçün demək olar ki, fəsadsız  ötüşmüşdür.

Beləliklə, son illərdə dünya iqtisadiyyatında mənfi təsirləri ilə yadda qalan  maliyyə böhranı dövründə və  dünya iqtisadiyyatında yeni böhran dalğasının başlanma riskinin getdikcə artdığı bir şəraitdə ölkəmiz iqtisadi inkişaf meyillərinin və makroiqtisadi sabitliyin qorunub saxlanılması, əsas makroiqtisadi göstəricilər üzrə müsbət nəticələrin əldə olunması, Ümumi Daxili Məhsulun (ÜDM-in) istehsalı üzrə artımın təmin edilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, qeyri-neft sektorunun daha intensiv inkişaf etdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı, sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması, real sektorun istehsal potensialının artırılması, yeni iş yerlərinin yaradılması, yoxsulluğun səviyyəsinin azaldılması və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin, o cümlədən əhalinin pensiya təminatının gücləndirilməsi, ölkənin müdafiə potensialının və hərbi qüdrətinin artırılması, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və s. istiqamətlərdə əhəmiyyətli nəticələr əldə edə bilmişdir.

Ölkə başçısı möhtərəm Prezident cənab İlham Əliyev bununla bağlı demişdir: "İldən-ilə büdcə xərclərimiz də artır. Gələn il dövlət büdcəmizin xərcləri təqribən 22 milyard dollar həcmində olmalıdır. İcmal büdcə isə 25 milyard dollar səviyyəsində olacaqdır. Bu, çox böyük rəqəmdir, böyük məbləğdir. Əgər biz adambaşına düşən büdcə xərclərini hesablasaq, görərik ki, bu göstərici üzrə Azərbaycan dünya miqyasında ön sıralardadır. Növbəti aylarda, xüsusilə 2012-2013-cü illərdə biz çalışmalıyıq ki, ölkə qarşısında duran əsas infrastruktur layihələrini icra edək...". Ölkəmizin iqtisadi sferasında həyata keçirilən siyasət, onun mahiyyət və istiqamətləri, əldə olunan nəticələr beynəlxalq miqyasda da müsbət şəkildə qiymətləndirilir. Belə ki, son illərdə ölkəmizdə əldə olunan iqtisadi uğurlar dünyanın nüfuzlu beynəlxalq iqtisadi və reytinq təşkilatlarının, o cümlədən Dünya İqtisadi Forumu, "Moody`s İnvestors Services" beynəlxalq reytinq agentliyi, "Fitch Ratings" agentliyinin hesabat və reytinq cədvəllərində yüksək qiymətləndirilmiş və Dünya İqtisadi Forumunun hesabatlarına görə rəqabət qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yeri tutmuşdur.          

Böyük fəxr hissi ilə qeyd etməliyik ki, hazırda ən prioritet sahə hesab edilən təhsilə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir və ölkəmizin iqtisadi qüdrətinin artması fonunda  bu sferaya ayrılan xərclər ildən-ilə vaxtaşırı olaraq əhəmiyyətli dərəcədə artırılır. Bütün bunlar isə möhtərəm Prezidentimizin səsləndirdiyi "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" devizinin real həyatda öz əksini tapmasına bariz nümunədir.

 

Büdcədən təhsilə ayrılan xərclərin artım tempi

 

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi və sosial inkişaf strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla  davam etdirilməsi və ölkə iqtisadiyyatının inkişaf tempinə görə və keyfiyyətcə yeni mərhələyə qədəm qoyması nəticəsində dövlət büdcəsinin, həmçinin dövlət büdcəsindən təhsilə ayrılan xərclərin həcmi dinamik şəkildə artır. Bu dinamik inkişafı aşağıdakı diaqramdan və cədvəldən  daha aydın görmək olar:  

Dövlət büdcəsinin xərcləri və təhsilə ayrılan xərclər, milyon manatla

 

Cədvəldən göründüyü kimi, son 9 il ərzində dövlət büdcəsindən təhsilə ayrılan xərclər 6 dəfə artmışdır. Qeyd olunan artım təhsilin bütün pillə və səviyyələrini əhatə etmişdir. Belə ki, təhsil işçilərinin əməkhaqları, tələbə və şagirdlərin təqaüdləri artırılmış, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş və təhsilin məzmununda mühüm irəliləyişlər əldə edilmişdir.

Təhsil işçilərinin orta aylıq nominal əməkhaqqı son 9 ildə 6.4 dəfədən çox artmışdır. Bu isə təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dövlətin daim yüksək diqqət və qayğı göstərməsinin təzahürüdür. Belə ki, qeyd olunan diqqət və qayğının nəticəsi olaraq bu günlərdə ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən minimum aylıq əməkhaqqı və təhsil işçilərinin (ali təhsil istisna olmaqla) əməkhaqqı, eləcə də doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğləri 10% artırılmışdır.

Son 9 il ərzində təhsil işçilərinin orta aylıq nominal  əməkhaqlarının artım tempini və məbləğlərini aşağıdakı diaqram və cədvəldən daha əyani şəkildə  görmək olar:  

Təhsil işçilərinin orta aylıq nominal əməkhaqlarının artım tempi, manatla

Təhsilə ayrılan vəsaitlərin artımı həmçinin təhsilin bütün səviyyələrində bir təhsilalana düşən illik xərclərin də artmasına birbaşa təsirini göstərmişdir. Bu artım son  4 ilin timsalında aşağıdakı kimi olmuşdur: 

Təhsilin pillələri üzrə bir təhsilalana düşən illik xərclərin 2008-2011-ci illər üzrə artım tempi

Birbaşa Təhsil Nazirliyinə  ayrılan vəsaitlər 

Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin artmasına rəğmən birbaşa Təhsil Nazirliyinə ayrılan vəsaitlərin də həcmi aşağıdakı diaqramdan göründüyü kimi son 9 ildə 16.6 dəfə artmışdır.     

Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin tərkibində birbaşa Təhsil Nazirliyinə ayrılan vəsaitlərin artım tempi, min manatla

Birbaşa Təhsil Nazirliyinə ayrılan vəsaitlərin həcminin artması həmçinin son illərdə təhsil sahəsində həyata keçirilən dövlət proqramları ilə də əlaqədardır.

Qeyd etməliyik ki, möhtərəm Prezident İlham Əliyevin  rəhbərliyi ilə hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində əldə olunan uğurlarda dövlət proqramlarının rolu mühüm və danılmazdır. Sirr deyil ki, məhz təhsildə son illərdə əldə olunan uğurların əsas hissəsi bu sahədə həyata keçirilən müxtəlif dövlət proqramlarının icrasının nəticəsidir. Belə ki, hazırda təhsil sahəsində dövlətin maliyyə təminatı sayəsində  16-dan çox dövlət proqramı uğurla icra edilir.       

Təhsil sahəsində icra edilən dövlət proqramları sayəsində bütövlükdə təhsil infrastrukturunun və təhsilin məzmununun  yeniləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatının əhatə dairəsi genişləndirilmiş, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinə başlanılmış və ölkəmizin təhsil tarixində digər yeniliklərə imza atılmışdır.  

2012-ci ilə dövlət büdcəsi və təhsil xərcləri 

Məlum olduğu kimi, "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 06 dekabr tarixli 257-İVQ nömrəli Qanunu qüvvəyə minmişdir. Qeyd olunan Qanuna əsasən Azərbaycan   Respublikasının   2012-ci    il   dövlət   büdcəsinin gəlirləri 16438000,0  min   manat,   xərcləri   17072000,0   min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15938610,5 min manat, yerli gəlirləri 499389,5  min manat və mərkəzləşdirilmiş xərcləri 15779160,0 min manat, yerli xərcləri 1292840,0 min  manat) məbləğində təsdiq edilmişdir.

Beləliklə, 2012-ci ildə dövlət büdcəsinin xərcləri 17.072,0 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2011-ci ilin müvafiq göstəricisindən 1.130,7 milyon manat və ya 7.1 % çoxdur.

2012-ci ildə Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 43.454,8 milyon manat proqnozlaşdırılır ki, bu da 2011-ci il üzrə gözlənilən müvafiq göstəricidən 1.051,6 milyon manat və ya 2.5 % çoxdur.  

2012-ci ilin dövlət büdcəsinin gəlirlərinin hesablanmasında 1 barrel neftin qiyməti 80 ABŞ dolları ilə nəzərə alınmışdır. 2012-ci ildə inflyasiyanın orta illik səviyyəsinin isə 6% olacağı proqnozlaşdırılır.

Ümumiyyətlə, ölkəmizin 2012-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial-iqtisadi inkişaf konsepsiyasına görə növbəti illərdə həyata keçiriləcək büdcə siyasətinin əsas məqsədləri maliyyə intizamının gücləndirilməsinə, şəffaflığın daha da artırılmasına, qeyri-neft sektorunun dayanıqlı inkişafına, makroiqtisadi vəziyyətin sabit saxlanılmasına, ölkə iqtisadiyyatının dinamik inkişafının stimullaşdırılmasına nail olmaqdan ibarət olacaqdır.

Növbəti ilin  dövlət büdcəsində xərclərin istiqamətləri və bu xərclərin dövlət büdcəsinin ümumi xərclərində xüsusi payı aşağıdakı kimi proqnozlaşdırılır:  

2012-ci ilin dövlət büdcəsində xərclərin istiqamətləri və bu xərclərin dövlət büdcəsinin ümumi xərclərində xüsusi payı, %-lə

Növbəti ildə iqtisadi təyinatına görə ümumi büdcə xərclərinin 15,3%-nin əməyin ödənişinə, 13,7%-nin malların (iş və xidmətlərin) satınalınmasına, 10,1%-nin təqaüd və sosial müavinətlərin ödənilməsinə, 41,7%-nin qeyri-maliyyə aktivlərinin alınmasına, 1,7%-nin subsidiya və cari transferlərə, 1,2%-nin öhdəliklər üzrə əməliyyatlara, 1%-nin qrantlar və digər ödənişlərə, 0,9%-nin faizlər üzrə ödənişlərə və 14,4%-nin digər ödənişlərə sərf ediləcəyi proqnozlaşdırılır.

2012-ci dövlət büdcəsində təhsil xərclərinin xüsusi payı 9,3% olmaqla  1582937,2 min manat nəzərdə tutulmuşdur ki, bu da 2011-ci illə müqayisədə 183137,2 min manat və ya 13,1% çoxdur.

Qeyd edək ki, 2012-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial iqtisadi inkişaf konsepsiyasına görə təhsilin bütün pillələrində maddi-texniki bazanın gücləndirilməsi, tədris şəraitinin yaxşılaşdırılması, təhsil sahəsində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi ilə yanaşı, Boloniya prosesindən irəli gələn tədbirlərin həyata keçirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, o cümlədən neft və qaz gəlirləri hesabına xarici ölkələrdə təhsil almaq imkanlarının genişləndirilməsi növbəti illərdə əsas prioritetləri təşkil edəcəkdir.

2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan təhsil xərclərinin strukturu aşağıdakı kimidir:

Qeyd etmək lazımdır ki, növbəti ilin büdcəsində nəzərdə tutulan təhsil xərclərinin əsas hissəsi əvvəlki illərdə olduğu kimi əməyin ödənişi ilə bağlı olacaqdır. Bunu aşağıdakı diaqramdan daha aydın görmək olar. 

2012-ci ilin dövlət büdcəsində iqtisadi təsnifat üzrə xərclərin strukturu

2012-ci idə dövlət büdcəsindən təhsil sektoruna 424,8 milyon manat investisiya xərclərinin (əsaslı vəsait qoyuluşunun) yönəldiləcəyi proqnozlaşdırılır.

Növbəti ildə birbaşa  Təhsil Nazirliyinə "Təhsil" bölməsi üzrə 396.089,0 min manat  vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bu da  təhsil xərclərinin 25%-ni təşkil edir.

Tabelikdə olan və mərkəzləşmiş xərclərdən maliyyələşən təşkilatların saxlanılması,  həmçinin dövlət proqramlarının icrası və s. ilə bağlı Təhsil Nazirliyinə 2011-ci ildə ayrılması nəzərdə tutulmuş 396.089,0 min manat vəsaitin:

- 208.816,8 min manatını və ya 52,7%-ni təhsil işçilərinin əməkhaqqı, əməkhaqqına üstəliklər və əməyin ödənişi ilə bağlı digər xərclər;

-  4.065,0  min manatını və ya  1,0%-ni cari və əsaslı təmir xərcləri;

- 103.751,9 min manatını və ya 26,2%-ni təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər malların (iş və xidmətlərin) satınalınması ilə bağlı xərclər;

-   24441,6 min manatını və ya 6,2%-ni ali təhsil müəssisələrində dövlət sifarişi üzrə kadr hazırlığının həyata keçirilməsi ilə bağlı xərclər;

-  12.704,1 min manatını və ya 3,2%-ni kommunal və kommunikasiya xidmətləri üzrə xərclər;

-  21.690,9 min manatını və ya 5,5%-ni təqaüd xərcləri  və digər sosial müavinətlər;

-  10.330, 3 min manatını və ya 2,6%-ni  ərzaq məhsullarının alınması xərcləri; 

- 10.288,4 min manatını və ya 2,6%-ni  sair cari xərclər  (dərmanların, sarğı ləvazimatlarının, dəftərxana və təsərrüfat mallarının   alınması,  mətbəə, mühafizə,  ezamiyyə, yanacaq, nəqliyyat xidməti, bank xərcləri və sair xərclər) təşkil edir.

Təhsil sahəsində həyata keçirilən bir sıra dövlət proqramlarının və xüsusi əhəmiyyətli tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin 2012-ci ilə proqnozlaşdırılan büdcəsinin 11,8 %-i həcmində və yaxud  46.753,1 min manat məbləğində  vəsait  nəzərdə tutulmuşdur.

Həmin proqramların icrası və tədbirlərin həyata keçirilməsi ilə bağlı 2012-ci ilə nəzərdə tutulan vəsaitlər üzrə proqnoz göstəriciləri aşağıdakı kimidir:

- 8.100,0 min manat respublikanın ümumi təhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması üçün;

- 16.435,6 min manat Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli 2856 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın icrası üçün;

- 257,0 min  manat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)"na əsasən nəzərdə tutulan tədbirlər üçün;

- 748,5 "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası üzrə tədbirlərin icrası üçün;

- 1.364,0 min manat Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-cı il tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası  üçün;

- 300,0 min manat iqtisadi maarifləndirmə ilə bağlı xərclər üçün;

-8.474,0 min manat  "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı"nın icrası üçün;

-2.150,0 min manat məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya texnologiyaları ilə təchizatına dair tədbirlər üçün;

- 1.698,0 min manat Azərbaycan Respublikası Prezidentinin 03 iyul 2007-ci il tarixli 2282 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Texniki peşə təhsilinin İnkişaf Proqramı (2007-2012-ci illər)"nın icrası üçün;

- 266,0 min manat Respublika Prezidentinin müvafiq sərəncam və fərmanlarına əsasən gənc istedadlara xüsusi təqaüdlərin ödənilməsi üçün;

- 1.000,0 min manat ilin ən yaxşı ümumi təhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının ödənilməsi üçün;

- 2.500,0 min manat ümumi təhsil məktəblərinə tədris laboratoriya (fizika, kimya, biologiya) avadanlıqlarının alınması üçün;

- 1.560,0 min manat "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası üçün;

- 1.900,0 min manat "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nın icrası üçün. 

Ali təhsildə aparılan maliyyə islahatının mövcud vəziyyəti 

Məlum olduğu kimi, ölkə Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə " 10 fevral 2010-cu il tarixli Fərmanına  əsasən 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.

Qeyd etməliyik ki, yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi Azərbaycanın ali təhsil sistemində yeni bir mərhələnin başlanmasına təkan vermişdir.

Yeni mexanizmin tətbiqi ilə əlaqədar olaraq Respublika Maliyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş bölgülərə əsasən müvafiq ali təhsil müəssisələrində dövlət sifarişi üzrə kadr hazırlığının həyata keçirilməsi məqsədilə 2010-cu ildə 6081933 manat, 2011-ci ildə isə 24 574 033 manat vəsait dövlət sifarişi üzrə tələbə qəbul etmiş  ali məktəblərin hesabına köçürülmüş və bu vəsaitlərin təyinatı üzrə xərclənilməsi ilə əlaqədar həmin ali məktəblərə tapşırıqlar verilmişdir.

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinə başlanılmasından keçən qısa müddət ərzində bu istiqamətdə bir sıra ilkin müsbət nəticələr əldə olunmuşdur. Belə ki, mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq bütün ali   məktəblərin dövlət sifarişi üzrə kadr hazırlığında iştirakı üçün bərabər imkanlar yaradılmış, abituriyentlərin, həmçinin dövlət sifarişi üzrə qəbul olmuş tələbələrin seçim imkanları artırılmış, dövlət ali məktəblərinin maliyyə müstəqilliyi və səlahiyyətləri artırılmış, dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi üçün dövlət ali təhsil müəssisələrinə ayrılan büdcə vəsaitlərinin ilin sonunda dövlət büdcəsinə silinməməsinə nail olunmuş və digər bir sıra müsbət nəticələr əldə edilmişdir.

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı əldə olunan mühüm nəticələrdən biri də dövlət ali təhsil müəssisələrində ödənişli formada təhsil alan və ödənişdən azad olunan məcburi köçkün statuslu tələbələrin təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsidir.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında" cari ilin sentyabr ayında imzaladığı Sərəncama əsasən 2011-2012-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Qeyd olunan Sərəncamın icrası olaraq 2011-2012-ci tədris ilində dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olmuş 1676 məcburi köçkün statuslu tələbənin təhsil xərclərinin ödənilməsi məqsədilə 37 dövlət ali təhsil müəssisəsinə  ümumilikdə  2750200 manat vəsait ayrılmışdır.

Lakin qeyd olunan müsbət nəticələrlə yanaşı yeni maliyyələşmə mexanizminin tətbiqinin ilkin mərhələsində ortaya çıxmış bir sıra problemlərin həllinə ciddi zərurət yaranmışdır. Bununla əlaqədar olaraq, ilk növbədə, dövlət sifarişi üzrə hər bir təhsilalana düşən illik  xərclərin məbləğlərinin artırılması, bundan əlavə, oxşar və eynitipli ixtisaslar üzrə bir təhsilalana düşən təhsil xərclərinin miqdarının da yenidən baxılaraq uyğunlaşdırılması, ali məktəblər üzrə bəzi ixtisaslara olan inhisarçılığın aradan qaldırılması, ali məktəblərin büdcədənkənar vəsaitlərin idarə olunmasında səlahiyyətlərinin artırılması, bu baxımdan  büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetalarının təsdiq edilməsi və il ərzində büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclərin dürüstləşdirilməsi prosedurlarının sadələşdirilməsi, bu səlahiyyətlərin ali məktəblərə verilməsi və ilin sonunda büdcədənkənar vəsaitlər üzrə gəlirlərin dövlət büdcəsinə silinməməsi və bu vəsaitin növbəti ilə keçirilməsi ilə bağlı tədbirlərin görülməsi, özəl ali təhsil müəssisələrinin dövlət sifarişində iştirakının stimullaşdırılması, eləcə də özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə kadr hazırlığının yerinə yetirilməsi ilə bağlı ayrılan büdcə vəsaitlərinin vergiyə cəlb edilməməsinin təmin edilməsi kimi tədbirlərin reallaşdırılması zəruri əhəmiyyət kəsb edir.

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qarşıya çıxan problemlərin aradan qaldırılması məqsədilə Təhsil, Maliyyə və İqtisadi İnkişaf  nazirliklərinin birgə əməkdaşlığı əsasında vaxtaşırı olaraq təkliflər hazırlanır. Hazırda beynəlxalq və yerli ekspertlərin iştirakı ilə bu istiqamətdə əhəmiyyətli işlər aparılır. 

Ümumiyyətlə, ölkəmizdə son illərdə əldə olunan sürətli və davamlı sosial-iqtisadi inkişaf tempi Azərbaycanın seçdiyi və əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş  iqtisadi inkişaf modelinin kifayət qədər mükəmməl olduğunu və bu inkişaf yolunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirildiyini bir daha təsdiq edir və qarşıdakı dövr ərzində də ölkəmizin həm təhsil, həm də digər sahələrdə yeni uğurlar qazanacağına əsaslı zəmin yaradır. 

Şahrza ƏLİYEV,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri,
iqtisad elmləri üzrə fəlsəfə doktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov