Təhsil Nazirliyi kollegiyasının "Xüsusi istedada
malik olan uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət Proqramı
(2006-2010-cu illər)"nın yerinə yetirilməsinin
yekunları haqqında" 03.12.2011-ci il tarixli
qərarının icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. "Xüsusi istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə Dövlət
Proqramı (2006-2010-cu illər)"nın yerinə
yetirilməsinin yekunları haqqında" məlumat və
nazirliyin kollegiyasının müvafiq qərarı nəzərə
alınsın.
2. Həmin kollegiya qərarının 3-cü bəndinə uyğun
olaraq hazırlanmış "2012-2013-cü illərdə
istedadlı uşaq və gənclərlə iş sahəsində həyata
keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı"
təsdiq edilsin (əlavə olunur).
3. Nazirliyin müvafiq struktur bölmələrinə və
tabe təşkilatlarının rəhbərlərinə tapşırılsın ki,
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin
vaxtında yerinə yetirilməsini təmin etmək üçün
davamlı olaraq sistemli iş aparsınlar.
4. Fəaliyyət Planının yerinə yetirilməsi üzrə
icraçı qurumların işinin əlaqələndirilməsi
Aparatın rəhbəri İ.Pirməmmədova həvalə olunsun.
5. Ümumi şöbə (X.Fərəcov) əmrin əlavəsi ilə
birlikdə çoxaldılıb yerli təhsil orqanlarına və
müvafiq tabe təşkilatlara göndərilməsini təmin
etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin əlavəsi ilə "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimdə
saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
22 dekabr 2011-ci il |