Ağsuda ictimaiyyətin və müvafiq strukturların
diqqətini rayonun təhsilinə cəlb etmək, təhsil
sahəsində görülmüş işləri və qarşıda duran
vəzifələri müzakirə etmək məqsədilə "Təhsil günü"
keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə
orqanlarının işçiləri, yerli icra nümayəndələri,
bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat
rəhbərləri, məktəb direktorları, məktəb valideyn
təşkilatlarının sədrləri və KİV nümayəndələri
iştirak ediblər.
Tədbirdə rayon icra hakimiyyəti başçısının
təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə
müavini S.Mirzəliyeva çıxış edib. Sonra müvafiq
məsələlərlə bağlı müzakirələr və çıxışlar olub.
Rayon icra hakimiyyətinin başçısı Ə.Seyidəliyev
müzakirəyə yekun vuraraq görülən işlərdən
danışıb və yol verilmiş nöqsanların aradan
qaldırılması ilə əlaqədar tapşırıqlar verib.
Tədbirin sonunda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin bu il oktyabrın
30-da Ağsu rayonuna səfərini əks etdirən
fotostendlərə baxış keçirilib. Tədbir
iştirakçıları daha sonra Heydər Əliyev
Mərkəzində ümummilli liderin həyat və
fəaliyyətini əks etdirən fotolarla tanış olublar.
Şakir CƏFƏROV |