Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - ¹50

 

"Təbiət elmlərinin tədrisində fənlərarası inteqrasiya" mövzusunda elmi-praktik konfrans

 

Bakıdakı 313 nömrəli tam orta məktəbdə ADPU-nun fizika fakültəsinin birgə təşkilatçılığı ilə "Təbiət elmlərinin tədrisində fənlərarası inteqrasiya" mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə məktəbin direktoru Zakir Bayramov açaraq təhsil ocağının son illərdə qazandığı uğurlardan danışıb. Bildirilib ki, məktəb 2007-ci ildə tikilərək istifadəyə verilmişdir. Məktəbdə müxtəlif  fənn kabinetləri, iki müasir tipli informatika kabineti şagird və müəllimlərin ixtiyarına verilib. Burada şagirdlərin yüksək bilik əldə etmələri üçün hər cür şərait yaradılıb. Şagird nailiyyətlərindən bəhs edərkən VII sinif şagirdi Cavid Müseyibli 2009-cu ildə "Gənc kompüter istedadları" I Respublika müsabiqəsinin qalibi olması, Mövlud Məmmədlinin riyaziyyat fənni üzrə keçirilən olimpiadanın respublika turunda çıxış etməsi və digər uğurlar qeyd edilib. Məzunların son üç ildə respublikanın müxtəlif ali məktəblərinə qəbul olması faizi diqqətə çatdırılıb.

Konfransda ADPU-nun professoru  Mirzəli Murquzov "Müasir təbiətşünaslıq və elmlərin inteqrasiyası", məktəbin kimya müəllimi Fəzail Aslanov "Kimya dərslərinin tədrisi zamanı fənlərarası əlaqə", IX sinif şagirdi Kənan Alıyev isə "Təbiət elmlərindən öyrəndiklərim" mövzularında məruzələri dinlənilib

Konfransdan sonra qonaqlar məktəblə yaxından tanış olaraq fənn kabinetləri və laboratoriyalarda olublar.

Professor M.Murquzov məktəbdə təlim-tərbiyənin yüksək səviyyədə olduğundan məmnun olduğunu, ADPU-nun tələbələrinin pedaqoji təcrübələrinin təhsil müəssisəsində keçirilməsinin əlverişli olacağını bildirib. 

Şakir CƏFƏROV,
ADPU-nun dissertantı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov