Bağça-Məktəb-Lisey
Kompleksində məşhur rus yazıçısı Mixail
Şoloxovun "Don hekayələri" kitabının çapdan
çıxmasının 75 illiyinə həsr olunan "açıq dərs"
keçirildi. Daha çox təqdimat və şagirdlərin
mövzu ilə bağlı öyrəndiklərinin nümayişi
şəklində təşkil edilən "açıq dərs"i kompleksin
direktoru, rəhbərlik etdiyi müəssisədə bir sıra
uğurlu layihələr həyata keçirmiş Qafar Hüseynov
aparıb. O, "açıq dərs"in məqsədi barədə məlumat
verdikdən sonra şagirdlər Şoloxovun mənsub
olduğu ədəbi və ictimai-siyasi mühitin ab-havasını
əks etdirən təqdimatlarla çıxış ediblər.
Şoloxovun həyat və yaradıcılığı ilə bağlı film
nümayiş olunub. Şagirdlərin ifasında mahnı və
marşlar səsləndirilib, Şoloxovun yaratdığı
əsərlər haqqında geniş məlumat verilib.
Dekorasiya, şagirdlərin nitq mədəniyyəti,
mövzunu mənimsəyərək onu təqdim etmə bacarığı,
həmçinin aktyorluq qabiliyyəti tədbir
iştirakçıları tərəfindən maraqla qarşılanıb.
"Don hekayələri" əsasında hazırlanan
səhnəciklərlə davam edən "açıq dərs"də bütün
dövrlərdə uşaqların sülh, əmin-amanlıq arzusunda
olduğunu bildirən "Qoy həmişə günəş olsun"
mahnısı ilə balacalar Qarabağın düşmən
tapdağından azad ediləcəyi günü səbirsizliklə
gözlədiklərini bildiriblər. Müstəqil
Azərbaycanın üçrəngli bayrağını dalğalandıran
şagirdlər ölkəmizin ərazi bütövlüyünün tezliklə
bərpa ediləcəyinə, işğal olunmuş torpaqlarımızın
geri qaytarılacağına inamlarını ifadə ediblər.
Rəşad ZİYADOV |