|  | 
					
						| 
					
						|  |  
						|  |  
						| 
							
| 
	
		| 
		
		Xarici mətbuat səhifələrində |  |  |  
						|  |  
						| 
							
								| 
									
										| 
										
										Qeyri-adi şagird |  
										| 
										 Çində 
										qeyri-adi şagird birinci sinfə gedib. 
										Xarici mətbuatın yazdığına görə, 102 
										yaşlı nənə "oxumaq heç vaxt gec deyil" 
										deyərək məktəbə yollanıb. Uzunömürlü Ma 
										Ksiuksian bütün həyatı boyu ibtidai 
										təhsil belə  almayıb. 13 yaşında ikən 
										tekstil fabrikində işləməyə başlayıb, 18 
										yaşında isə ailə qurub.  Ma Ksiuksian 9 
										uşaq anasıdır. Onların hamısı 
										universitet təhsili alıb. Onun böyük 
										oğlu 58 yaşlı Pi Ksiuksian anasına görə 
										çox sevinir.  Oğlu anasının təhsil   
										almaq təşəbbüsünü tam dəstəkləyir. |  
										| 
 |  
										| 
										
										Böyük Britaniyada hər 10 məktəbdən biri 
										bağlana bilər |  
										| 
										 Böyük 
										Britaniyada hər 10 məktəbdən biri 
										şagirdlərinin aşağı müvəffəqiyyət 
										dərəcəsinə görə bağlana bilər. Bu barədə 
										ölkənin Təhsil Nazirliyinin məlumatında 
										bildirilir.   Açıqlamada qeyd olunur ki, 
										yaşı 5-11 olan uşaqların təhsil 
										aldıqları 1300 ibtidai məktəb təhsil 
										standartlarına cavab vermir. Uşaqlar pis 
										oxuyur və sadə riyazi tapşırıqların 
										öhdəsindən gələ bilmirlər. Baxmayaraq ki 
										Böyük Britaniya universitetləri nüfuzlu 
										siyasətçilər,  iqtisadçıları və 
										artistləri ilə ciddi təhsil müəssisələri 
										kimi ad qazanıblar, orta təhsil 
										müəssisələri öz təhsil nailiyyətləri ilə 
										öyünə bilmirlər. 
										
										11 yaşlı uşaqlar arasında keçirilmiş 
										ingilis dili və riyaziyyat üzrə test-sınaq 
										imtahanları olduqca ağır mənzərəni üzə 
										çıxarıb. Məlum olub ki,  hər 3 şagirddən 
										biri orta təhsil səviyyəsinə belə çata 
										bilmir. Təhsil Nazirliyinin 
										mütəxəssisləri  bütün şagirdlərinin 
										mütəmadi olaraq imtahan verə 
										bilmədikləri 200 məktəbi müəyyən ediblər. 
										İndi bu məktəblər yerli hakimiyyət 
										orqanlarının nəzarətindən çıxarılacaq və 
										onlara yeni rəhbərlik təyin olunacaq. 
										
										Ekspertlər hesab edir ki, uşaqların pis 
										oxumasına görə çox vaxt məktəblər özləri 
										günahkardır. Bunu son illərin 
										məlumatlarının təhlili  göstərib. 7 
										yaşlı uşaqların çoxu sınaq-yoxlama 
										imtahanlarında əla nəticələr göstəriblər. 
										11 yaşda isə həmin uşaqlar imtahanlardan 
										keçə bilməyiblər. Beləliklə məlum olub 
										ki, məktəblər istedadlı uşaqlarda 
										biliklərin səviyyəsini və motivasiyanı 
										qoruyub saxlaya bilməyiblər. |  
										| 
 |  
										| 
										
										Dünyanın ən yaxşı biznes məktəbləri |  
										| 
										 Quacquarelli 
										Symonds (QS) şirkəti dünyanın ən yaxşı 
										biznes məktəblərinin reytinq cədvəlini 
										tərtib edib. Cədvəldə Şimali Amerikanın 
										82, Avropanın 67, Asiya-Sakit okeanı 
										regionunun 36, Latın Amerikasının 10, 
										Afrika və Yaxın Şərqin  5 məktəbi yer 
										alıb. QS Global 200 Business Schools-un 
										məqsədi MBA təhsili almış tələbələrin 
										ali məktəbi bitirdikdən sonra  işə 
										düzəlmə göstəricilərinin 
										qiymətləndirilməsidir. QS bir göstərici 
										- regionlar və ixtisaslar üzrə  MBA 
										təhsil proqramı üzrə təhsil nəticələrini 
										əsas götürür. 
										
										Reytinq tərtibçiləri hesab edir ki, 
										başlıca diqqətin əsasən işəgötürənlərə 
										yönəldilməsi biznes məktəblərin 
										buraxdığı mütəxəssislərin işə 
										götürülməsi barədə qiymətli məlumatların 
										əldə edilməsinə imkan yaradır. Reytinq 
										cədvəli mütəxəssisləri işə götürməyə 
										hazır olduqlarını bildirən 
										işəgötürənlərin səslərinə əsasən tərtib 
										olunub. Bir maraqlı məqam odur ki, 
										yalnız öz ölkələrinin vətəndaşlarını işə 
										götürməyə üstünlük verən biznes 
										məktəbləri reytinq araşdırmasına cəlb 
										olunmayıblar.  |  
										| 
 |  
										| 
										
										Təhsillilər üçün elektron pasport |  
										| 
										
										Avropa Komissiyası ali təhsillilər üçün 
										elektron pasportların tətbiq olunması 
										təcrübəsini bəyənib. Qeyd olunur ki, 
										ümumavropa sənədinin qəbul olunması 
										Avropa Birliyinə daxil olan ölkələrdə 
										peşəkar təhsilin tanınması yolundakı 
										əngəlləri azaltmağa imkan verəcək.  AB 
										təhsil ekspertlərinin hazırladığı 
										elektron pasport hər hansı işçinin 
										ümumtəhsil səviyyəsini təsdiqləyir.  
										Xarici mətbuatın yazdığına görə,  bu cür 
										ümumavropa sənədinin tətbiq olunması 
										Avropada işçi qüvvəsinin mobilliyini 
										artıracaq.   Elektron peşəkar pasport 
										işçinin peşəkarlıq səviyyəsini 
										işəgötürənlərə çatdırmaq üçün nəzərdə 
										tutulub. AB komissiyasının layihəsində 
										qeyd olunur ki, elektron pasport işçi 
										üçün onun ali təhsil diplomunun Avropa 
										məkanında tanınmasını sürətləndirəcək və 
										bu prosesi  daha şəffaf edəcək.  
										 |  
										| 
 |  
										| 
										
										Amerika məktəblərinin yarısı təhsil 
										kriteriyalarına cavab vermir |  
										| 
										
										Bu il Amerikada dövlət tərəfindən 
										maliyyələşdirilən məktəblər onlar üçün 
										müəyyən edilmiş təhsil göstəricilərinə 
										nail ola bilməyiblər. Bu barədə ABŞ-ın 
										Təhsil Siyasəti Mərkəzinin hazırladığı 
										hesabatda qeyd olunur.  Dövlət 
										himayəsində olan məktəblərin 48-də 
										təhsil göstəriciləri lazımı dərəcədə 
										deyil.  Ölkənin 5 ştatında - Florida, 
										Missuri, Nyu-York, Massaçusets, Cənubi 
										Karolina, eləcə də Mərkəzi Kolumbiya 
										əyalətində məktəblərin dörddə biri tələb 
										olunan təhsil səviyyəsini təmin edə 
										bilməyib. Xüsusən də Florida ştatında bu 
										göstərici 89 faiz təşkil edib. Qeyd edək 
										ki, ötən il ölkə məktəblərinin 39 faizi 
										tələb olunan təhsil kriteriyalarına 
										cavab verməyib. Məktəb təhsilinin qiymət 
										göstəriciləri ştatlar səviyyəsində 
										müəyyən edilir. |  
										| 
 |  
										| 
										
										Rusiya ali məktəblərində apelyasiya 
										komissiyası yaradılır |  
										| 
										
										Rusiya ali təhsil müəssisələrində 
										müstəqil apelyasiya komissiyaları  
										yaradılır.  "Uçitelskaya qazeta"nın 
										məlumatına görə, bu barədə  Rusiyanın 
										təhsil və elm naziri Andrey Fursenko 
										bildirib.  Onun sözlərinə görə, ali 
										məktəblərdə korrupsiya halları ilə 
										mübarizə çərçivəsində yaradılan 
										komissiyalar tələbələrin imtahanların 
										nəticələri ilə bağlı şikayətlərini 
										araşdıracaq. Nazir qeyd edib ki, 
										komissiyaların tərkibinə həm müəllimlər, 
										həm də tələbə özünüidarə qurumlarının 
										nümayəndələri daxildir. Ali məktəblərin 
										tələbələrin təhsil ocaqlarından 
										kənarlaşdırılmasında maraqlı olmadığını 
										deyən nazir əlavə edib ki, demoqrafik 
										böhran üzündən bir çox universitetlərdə 
										tələbələr  onsuz da çatışmır.   Fursenko 
										deyib ki, bir sıra tələbələr oxumağa heç 
										də həvəs göstərmir və bəzi hallarda 
										imtahan verə bilmədiklərinə görə rüşvətə 
										əl atırlar. Beləliklə də nazirin 
										sözlərinə görə, təkcə müəllimlər 
										tərəfindən rüşvətalma problemi deyil, 
										həm də əks problem, tələbələrin 
										özlərinin müəllimlərə pul təklif etməsi 
										cəhdləri mövcuddur. Nazir hər iki halın 
										eyni dərəcədə təhlükəli olduğunu 
										bildirib. O, ali məktəblərdə korrupsiya 
										halları ilə bağlı çoxsaylı şikayətlər 
										aldıqlarını söyləyib.  |  
										| 
 |  
										| 
										
										Almaniyalı şagirdlərin uğurları |  
										| 
										 Almaniyalı 
										şagirdlərin uğurları onların 
										valideynlərinin rifahından asılıdır.  
										Almaniyanın "Ştern" qəzetinin yazdığına 
										görə, İsveçrə və Almaniya təhsil 
										müəssisələrinin mütəxəssisləri 
										şagirdlərin müvəffəqiyyət dərəcəsini 
										təhlil edərək əldə olunmuş nəticələri 
										onların valideynlərinin maddi durumu ilə 
										müqayisə ediblər. 
										
										 Nəticələr heç də qaneedici deyil: 
										valideynlərin gəlirləri nə qədər azdırsa, 
										onların uşaqlarının gimnaziyaya daxil 
										olmaq üçün göndəriş əldə etməsi şansı 
										bir o qədər azdır. Ekspertlərin rəyinə 
										görə, məktəb  tərəfindən gimnaziyaya 
										daxil olmaq üçün verilmiş iki tövsiyədən 
										yalnız biri şagirdin faktiki uğurlarına 
										uyğundur. Məlum olub ki, müəllimlər də 
										fəhlə və miqrantların uşaqlarından daha 
										çox ali təhsilli valideynlərin 
										uşaqlarına etibar edir.  Bundan əlavə, 
										imkanlı ailələrdən olan uşaqların 
										qiymətləri çox vaxt şişirdilmiş olur, 
										fəhlə və miqrantların uşaqları isə 
										müəllimlər tərəfindən özlərinə qarşı 
										formalaşmış yanlış rəyin təsirini hiss 
										edirlər.   |  
								
								Xarici mətbuat materialları əsasında hazırladı:
								Oruc MUSTAFAYEV
 |  |  |  
						|  |  
						|  |  |  | 
									
										| 
							
| 
							
				|  |  
				|  |  
				| 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |  
				| 
							
								| XANKƏNDİ | 26.12.1991 |  
								| XOCALI | 26.02.1992 |  
								| ŞUŞA | 08.05.1992 |  
								| LAÇIN | 18.05.1992 |  
								| XOCAVƏND | 02.10.1992 |  
								| KƏLBƏCƏR | 04.04.1993 |  
								| AĞDƏRƏ | 07.07.1993 |  
								| AĞDAM | 23.07.1993 |  
								| CƏBRAYIL | 23.08.1993 |  
								| FİZULİ | 23.08.1993 |  
								| QUBADLI | 31.08.1993 |  
								| ZƏNGİLAN | 29.10.1993 |  |  
				|  |  
|  |  |  
							
|  |  |  |