Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 Dekabr 2011 - ¹50

 

Xalq yazıçısı Mirzə İbrahimovun yubileyi qeyd olundu

 

Dekabrın 19-da Azərbaycan Dillər Universitetində Azərbaycanın xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, millət vəkilləri, Təhsil Nazirliyinin müvafiq şöbəsinin və AMEA-nın əməkdaşları, ADU-nun professor-müəllim və tələbə heyəti, yubilyarın ailə üzvləri və KİV təmsilçiləri iştirak edirdilər.

Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qeyd etdi ki, dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən xalq yazıçısı  Mirzə İbrahimovun 100 illik yubileyi ilə bağlı bir sıra dövlət qurumlarında və təhsil müəssisələrində silsilə tədbirlər keçirilir və bu konfrans həmin tədbirlərdən biridir.

Gənclərin bu tədbirdə iştirakının sevindirici fakt olduğunu vurğulayan təhsil naziri giriş sözündə görkəmli yazıçının həyatı, təhsili, ictimai-siyasi fəaliyyəti, bədii   və publisistik yaradıcılığından ətraflı bəhs etdi, onunla bağlı xatirələrindən söz açdı. M.İbrahimovun bütün həyatı boyu Azərbaycan dilinin dövlət dili statusu qazanması uğrunda mübarizə apardığı diqqətə çatdırıldı.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva Mirzə İbrahimovun ədəbi-bədii yaradıcılığı haqqında geniş məruzə etdi. Məruzədə qeyd olundu ki, maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınsa da, Mirzə İbrahimovun çox gözəl dram əsərləri də mövcuddur və məhz bu əsərlər onun Azərbaycan ədəbiyyatında bir dramaturq kimi də önəmli yerini müəyyənləşdirib.

Məruzədən sonra yazıçının həyatının müxtəlif məqamları əks olunmuş fotoşəkillərdən ibarət slaydlar nümayiş etdirildi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Mirzə İbrahimovun bədii və ictimai fəaliyyətinin əhəmiyyətindən, geniş oxucu kütləsinin az bələd olduğu publisistik əsərlərinin dəyərindən, onun xidmətləri sayəsində Cənubi və Şimali Azərbaycanın vəhdət şəklində qavranılması və s. məsələlərdən söz açdı.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev belə görkəmli şəxsiyyətlərin, yaradıcı insanların, elm və sənət adamlarının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsini onlara göstərilən xüsusi diqqət və qayğının parlaq nümunəsi kimi dəyərləndirdi. Mirzə İbrahimovun çox məhsuldar yazıçı olduğunu deyən natiq onun tərcüməçilik fəaliyyəti ilə də məşğul olduğunu, dünya ədəbiyyatının məşhur əsərlərini dilimizə çevirdiyini diqqətə çatdırdı. Vaqif Əliyev çətin, amma şərəfli həyat yolu keçən Mirzə İbrahimovun qəlblərdə daim yaşayacağına əminliyini ifadə etdi.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı qeyd etdi ki, bir insan öz xalqı üçün nə etməyə qadirdirsə, Mirzə müəllim onu edib. O, çox böyük alim, istedadlı yazıçı, hamıya yaxşılıq etməyi özünə borc bilən qayğıkeş insan, dünyada tanınan ictimai xadim, ən başlıcası isə, ana dilinin dövlət dili statusu qazanması uğrunda mübarizə aparan qəhrəman idi. Ona görə ki, həmin dövrdə bu, son dərəcə böyük cəsarət, qəhrəmanlıq tələb edirdi.

Sonra çıxış üçün söz yazıçının qızı, xalq artisti, bəstəkar Sevda İbrahimovaya verildi. Atasının çox sadə, səmimi bir insan olmasından bəhs edən Sevda xanım dedi ki, o, ağır, çətin günlər yaşasa da ürəyi məhəbbətlə dolu idi. Əməyi, sadə insanları, xüsusilə gəncləri çox sevirdi. Bir yazısında "Bütün həyatımı, bütün əsərlərimi sizə ithaf edirəm" deyə gənclərə xitab etmişdi.

Yazıçının qızı çıxışının sonunda atasını xoş sözlər və kövrək duyğularla yad edən hər bir kəsə, atasının yubileyinin keçirilməsi ilə bağlı sərəncam vermiş dövlət başçısına, tədbirin təşkilatçılarına, eləcə də iştirakçılara minnətdarlıq etdi.

ADU-nun rektoru, millət vəkili Səməd Seyidov bu görkəmli şəxsiyyətin yubileyinin rəhbərlik etdiyi təhsil ocağında keçirilməsini əlamətdar hadisə adlandırdı və kollektiv adından tədbirdə iştirak edənlərə təşəkkürünü bildirdi. 

Hicran ƏKBƏROVA 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov