Elektron tədris resurslarının qiymətləndirilməsi
şurası əmrində edilən dəyişikliklərin nəzərə
alınması məqsədi ilə
ƏMR EDİRƏM:
Nazirliyin 1421 nömrəli, 21 dekabr 2009-cu il
tarixli Əmri ilə təsdiq edilmiş "Elektron tədris
resurslarının qiymətləndirilməsi şurasının
yaradılması barədə" Əmrində edilən dəyişikliklər
nəzərə alınsın
1. Qiymətləndirməyə təqdim olunmuş elektron
tədris resurslarının təhsil sisteminin tələbləri
baxımından təhsil müəssisələrində real tədris
prosesində sınaqdan keçirilməsi üçün
aprobasiyası təşkil edilsin.
2. Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsi (S.Məmmədov):
2.1. Elektron tədris resurslarının real tədris
prosesində sınaqdan keçirilməsi və
qiymətləndirilməsi üçün təhsil müəssisələrini
və aprobasiya prosesinin icraçılarının müəyyən
edilməsi üçün müvafiq tədbirlər görsün.
2.2. Bütün aprobasiya iştirakçılarının
fəaliyyətinin koordinasiyasını təmin etsin.
Aprobasiya iştirakçılarını aprobasiyanın
keçirilməsi üçün lazım olan tədris-metodiki
vəsaitlər və zəruri tədris proqramları ilə
təmin etsin.
2.3. Aprobasiya olunacaq elektron tədris
resurslarının siyahısını, aprobasiyanın
mərhələlərini, müddətini müəyyən etsin və
aprobasiya olunan məhsul haqqında yekun rəyin
hazırlanmasını təmin etsin.
3. Elektron tədris resurslarının
aprobasiyasının təşkili haqqında Əsasnamə
təsdiq edilsin (1 saylı Əlavə).
4. Elektron tədris resurslarının aprobasiyasının
metodikası təsdiq edilsin (2 saylı Əlavə).
5. Elektron tədris resurslarının aprobasiyası
haqqında icraçının yekun hesabatının ümumi
forması təsdiq edilsin (3 saylı Əlavə).
6. Elektron tədris resurslarının təhvil-təslim
aktının forması təsdiq edilsin (4 saylı Əlavə).
7. Elektron tədris resurslarının mümkün
formatları təsdiq edilsin (5 saylı Əlavə).
8. Elektron tədris resurslarının istifadəsi
haqqında Lisenziya Razılaşmasının nümunəvi
forması təsdiq edilsin (6 saylı Əlavə).
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində,
nazirliyin "Təhsil xəbərləri" məcmuəsində dərc
olunmasını və Təhsil Nazirliyinin rəsmi
İnternet saytında yerləşdirilməsini təmin etsin.
10. Əmrin icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 dekabr 2011-ci il |