Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünün
təsis edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 11 iyun tarixli 715
nömrəli fərmanına uyğun olaraq
QƏRARA ALIRAM:
1. Azərbaycanda musiqi təhsilinin inkişafında
xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdləri
verilsin:
Kərimova Rumiyya Həmid qızı
Tağızadə Aidə Zeynal qızı
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2011-ci il |