|
|
|
Texniki humanitar liseydə İKT-nin tətbiqinə geniş yer verilir |
|
|
|
Bakıdakı
Texniki humanitar liseydə İKT-nin tətbiqinə
geniş yer verilir. Liseyin direktoru Ellada
Qasımova bildirir ki, təhsil ocağında müasir
tələblərə cavab verən üç informatika otağı
yaradılıb və otaqlarda 50 kompüter
quraşdırılıb. Bu gün liseydə çalışan
informatika müəllimləri təlimin yeni
texnologiyalarından istifadə etməklə dərslərini
maraqlı qururlar
Şagirdlər informasiya və kommunikasiya
texnologiyalarının müasir cəmiyyətdə rolunu və
əhəmiyyətini lazımi səviyyədə dərk etməklə
İKT-nin sirlərini dərindən öyrənirlər.
İnformatika müəllimlərindən Cavanşir Gülruz,
Sevda Bağırova və Gülşən Axundova dərslərində
müxtəlif təcrübələrin nümayişinə, mövzu ilə
bağlı praktik işlərin şagirdlər tərəfindən
yerinə yetirilməsinə ciddi fikir verirlər.
Nəticədə şagirdlərdə informasiyalaşmış
cəmiyyətin tələblərinə uyğun zəruri
məlumatlarla işləmə bacarıqları, kompüterdə
daha çox populyar olan proqram vasitələrindən
istifadə vərdişləri formalaşdırılır. Şagirdlər
kompüterdə sərbəst yazmağı bacarır, müəllimləri
tərəfindən verilən tapşırıqları vaxtında və
keyfiyyətlə yerinə yetirə bilirlər.
Şakir CƏFƏROV |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|