Dekabrın 1-dən 10-dək Cənubi Afrikanın Durban
şəhərində Yeniyetmələrin 8-ci Beynəlxalq Təbiət
Elmləri Olimpiadası keçirilmişdir.
AzərTAc xəbər verir ki, olimpiadada ölkəmizi "Çağ"
Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türk
Özəl Liseylərinin üç şagirdi təmsil etmiş və
onlar uğur qazanaraq gümüş və bürünc medallara
layiq görülmüşlər.
Bu münasibətlə Azərbaycan-Türk Özəl Liseyləri
Baş idarəsində tədbir keçirilmişdir.
Tədbirdə məlumat verilmişdir ki, dünyanın 41
ölkəsindən, o cümlədən Azərbaycan, Fransa, ABŞ,
Rusiya, Böyük Britaniya, Çin, Yaponiyadan olan
məktəblilərin qatıldıqları olimpiada təbiət
elmləri - fizika, kimya və biologiya üzrə
aparılmışdır.
Üç mərhələdə keçirilən bilik yarışında Şirvan
Özəl Türk Liseyinin şagirdi Balaqardaş Bəşirov
gümüş, Mingəçevir Özəl Türk Liseyinin şagirdi
Kamran Kərimov və Lənkəran Özəl Türk Liseyinin
şagirdi Cəlil Davudlu bürünc medallar
qazanmışlar. |