Azərbaycan Dövlət İqtisad Universitetinin
tələbələri "Birliyə Doğru" İctimai Birliyinin
dekabrın 3-dən 23-dək həyata keçirdiyi "Sosial
məsuliyyət və SƏN 2" adlı müsabiqəyə qoşulmuşlar.
Universiteti "Tələbələr azad sahibkarlıq
fəaliyyətində" komandası (SİFE ADİU) "Qadın
böyük qüvvədir" adlı sosial layihə ilə təmsil
edir.
ADİU-dan AzərTAc-a bildirmişlər ki, müsabiqədə
SİFE ADİU komandasından Xanım Ağayeva birinci
yerə çıxaraq növbəti mərhələdə iştirak etmək
hüququ qazanmışdır.
Layihənin məqsədi azadlıqdan məhrum olan
insanlarda özünəinam və əməyə vərdiş yaratmaq,
məhbusların cəzaçəkmə müəssisəsindən çıxdıqdan
sonra işlə təmin olunması probleminin aradan
qaldırılmasına, məhbus ailələrinin həyat
səviyyəsinin və sosial şəraitinin
yaxşılaşdırılmasına kömək etməkdir. Qeyd edək ki,
ADİU-nun SİFE komandası 2005-ci ildə
yaradılmışdır. Komandanın yaradılmasında məqsəd
universitet tələbələrinin azad sahibkarlıq
haqqında biliklərini artırmaq və bu sahədə
onların bacarıqlarını üzə çıxararaq inkişaf
etdirməkdir. |